Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanıldı
Martın 23-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat xidmətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Oxunub: 401
Xəbəri paylaş
Paylaş: