Bakı metrosunda ölüm
Bakı Metropoliteni QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərdən birinin halı pisləşib. QSC-dən Medıaxeberlerı.AZ -a verilən məlumata görə, bununla bağlı maşinistə məlumat daxil olan kimi dərhal tədbirlər görülüb. “Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib”, - məlumatda bildirilib.
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: