Həmid Həmidov vəzifədən azad edildi
Qlobal Media Group MMC-nin media direktoru işdən çıxarılıb. Mediaxeberleri.AZ xəbər verir ki, holdinqin media direktoru Həmid Həmidov tutduğu vəzifədən azad edilib. H.Həmidov 2018-ci ildə “Global Media Group”un yaratdığı “Media.az” informasiya portalının baş redaktoru vəzifəsinə təyin edilib. Bir il sonra bu holdinqin media direktoru olub. O, 2020-ci il iyulun 22-də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə mükafatlandırılıb. Qeyd edək ki, Qlobal Media Group MMC-nin Direktorlar Şurasının sədri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi MMC-nin sabiq baş direktoru Elnur Abdullayevdir.
Oxunub: 200
Xəbəri paylaş
Paylaş: