Livanın qrupda qalması Azərbaycan millisinin FİFA reytinqinə təsir edib
Azərbaycan millisi canlı FİFA reytinqində bir pillə irəliləyib. Mediaxeberleri.Az xəbər verir ki, buna Asiya kubokunun nəticələri səbəb olub. Yığmamız onlayn cədvəldə 1174,22 xalla 113-cüdür. Heç bir görüşə çıxmayan millimizin əmsalı dekabr reytinqi ilə müqayisədə dəyişməz qalıb. Amma Livanın ciddi xal itkiləri komandamızın xeyrinə olub. Dünən Tacikistana 1:2 hesabı ilə uduzan livanlıların əmsalı 1169,45-ə düşüb. Bu, Asiya kubokunda itirilən 23,13 xal sayəsində mümkün olub. Livan yığması 114-cü sıraya düşüb. Azərbaycan isə artıq bir pillə önə keçib. Qeyd edək ki, qrup mərhələsinin üç oyununda cəmi bir xal toplayan Livan Asiya kubokunda mübarizəni dayandırdığı üçün FİFA reytinqindəki mövqeyini qaytarmaq imkanını itirib.
Oxunub: 340
Xəbəri paylaş
Paylaş: