İtaliya futbolunun əfsanəsi vəfat etdi
İtaliyanın futbol üzrə millisinin bombardiri Luici Riva 79 yaşında vəfat edib. Mediaxeberleri.AZ məlumatına görə, bu barədə ölkənin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. L.Riva yanvarın 21-də ürək tutması səbəbindən xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, idmançı 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42 matçda 35 qol vurub. Avropa çempionu (1968-ci il) və dünya çempionatının gümüş mükafatçısıdır (1970-ci il). Klub karyerasında Riva 1970-ci ildə İtaliya çempionu olduğu "Lenyano" və "Kalyari"də çıxış edib. Hücumçu üç dəfə ölkə çempionatının bombardiri olub. "Kalyari"nin heyətində 207 qol vurub və bu göstəriciyə görə klubun rekordçusudur. Riva 1988-2013-cü illərdə İtaliya millisinin direktoru və idarə heyətinin üzvü olub.