“Qalatasaray” azarkeşlərini şoka saldı: Bu klubda oynamaq istəyir
Ötən mövsüm transfer olunduğu “Qalatasaray”ın qazandığı çempionluqda Mauro İkardi ilə birlikdə böyük paya sahib olan Lukas Torreyra gələcəyi ilə bağlı diqqət çəkən açıqlamalar verib. Mediaxeberleri.AZ xəbər verir ki, “Qalatasaray”da olmaqdan xoşbəxt olduğunu dilə gətirən futbolçu aldığı təkliflər və oynamaq istədiyi klubla bağlı danışıb. ESPN-ə danışan Torreyra ən böyük arzusunun “Boka Xuniors”da oynamaq olduğunu bildirib. “Orada oynamaq üçün can atıram! Rikelmə ilə əlaqə saxlayırıq və bilirəm ki, bu ehtimal yaxındır, çünki mən illərdir Avropadayam. Evdə olmaq, ailəmə yaxın olmaq üçün darıxıram”.
Oxunub: 478
Xəbəri paylaş
Paylaş: