Mediaxeberleri.Az-ın qaldırdığı məsələyə Suraxanı Rayon İcra Hakimiyyətindən reaksiya: "Yaşadığınız küçə də nəzərə alınacaqdır"
Suraxanı Rayon İcra Hakimiyyəti 18.01.2024 cü il tarixdə saytımızda 3 il əvvəl "təmir olunan" yol bu vəziyyətə necə düşüb? başlıqlı məqaləyə cavab verib.İcra Hakimiyyətindən Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Suraxanı rayonu ərazisində yolların asfaltlanmasına ehtiyac olan yaşayış məntəqələrində bu işlərin həyata keçirilməsi müvafiq Dövlət proqramlarına əsasən planauyğun ardıcıllıqla aidiyyəti icraçı təşkilat tərəfindən mərhələli şəkildə yerinə yetirilir və bu işlər çərçivəsində Sizin yaşadığınız küçə də nəzərə alınacaqdır".
Oxunub: 477
Xəbəri paylaş
Paylaş: