Gecikən Bakı-Naxçıvan reysi yola düşdü
AZAL Bakı-Naxçıvan reysini təxirə salıb. Mediaxeberleri.AZ xəbər verir ki, buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda havanın dumanlı olmasıdır. Bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 10:00-a kimi ertələnib. *** Azərbaycan Hava Yolları QSC-nin (AZAL) əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər. Bu barədə AZAL məlumat yayıb. "Eyni zamanda Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər", - məlumatda deyilir.
Oxunub: 211
Xəbəri paylaş
Paylaş: