Bu şəxslərin maaşlarına əlavənin müddəti artırıldı
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb. Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmuşdu.
Oxunub: 195
Xəbəri paylaş
Paylaş: