Sumqayıtdakı hadisə ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA
Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Bu barədə Mediaxeberleri.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
Oxunub: 386
Xəbəri paylaş
Paylaş: