"Azercell" beynəlxalq sertifikata layiq görüldü
Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu bir daha təsdiq etdi "Azercell" Müştəri Xidmətləri sahəsində beynəlxalq standarta uyğunluq üzrə sertifikasiya auditini uğurla başa vurub. Abunəçilərə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisi olaraq olkənin aparıcı operatoru keyfiyyətin idarə olunması üzrə beynəlxalq ISO 10004:2018 sertifikatı ilə təltif olunub. Dəyərləndirmə TÜV AUSTRİA TURK audit və sertifikatlaşdırma prosedurlarına uyğun olaraq TÜV Austria Azərbaycan MMC tərəfindən həyata keçirilib. Sertifikat 3 il müddətinə təqdim olunub. Qeyd edək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. ISO 10004:2018 isə Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi standartıdır. Azercell texnoloji həllər vasitəsilə “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq çoxçeşidli servis kanallarıyla, özünəxidmət tətbiqləri ilə abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyir.