Həkimlərdən şok etiraf: Heç bir dərman sağaltmır, sağlam yaşamaq üçün bunu edin
Ortoped cərrah Paul Lee, GP Sarah Jarvis və əczaçı Terrun Govind insanın rifahına zərər verən təhlükəli sağlamlıq təcrübələrini bölüşüblər. Mediaxeberleri.AZ xəbər verir ki, həkimlərin bu mövzuda fikirlərini "The Sun" nəşri yayımlayıb. Ortoped cərrah Pol Li hesab edir ki, xüsusi hazırlığı olmayan insanlar idman marafonlarında iştirak etməməlidir. Onun sözlərinə görə, düzgün texnikaya əməl edilməzsə, uzun qaçışlar dizlərdə və digər oynaqlarda daha çox gərginlik yaradacaq ki, bu da zədə və ağırlaşmalara səbəb ola bilər. Digər təhlükəli sağlam həyat tərzi vərdişinindən isə terapevt Sara Jarvis danışıb. Mütəxəssisin sözlərinə görə yuxularını yaxşılaşdırmaq istəyən bir çox insan yuxu dərmanı qəbul edir. Ancaq bu çox pis fəsadlara gətirib çıxa bilər. Bu kimi dərmanlar asılılıq yaradır və çox qısa müddətə təsir gücünü saxlaya bilir. ƏczaçıTerrun Qovind həmkarının fikirlərinə əlavə olaraq qeyd edib ki, təkcə yuxu dərmanı yox, istənilən həbdən istifadə insan orqanimzi üçün təhlükə mənbəyidir. Bir çox xəstələr dərmanların xəstəlikləri tamamilə sağaltdığına inanır, baxmayaraq ki, əslində bütün dərmanların da bir yerə qədər təsiri var. Buna görə də, xəstəliklərin kəskinləşməsinin qarşısını almaq üçün sağlamlığınıza gündəlik düzgün şəkildə nəzarət etməlisiniz. Təmiz hava, normal qidalanma, bol maye qəbulu, hərəkətlilik sizin gündəlik vərdişlərinizə çevrilməlidir.