Şəhid hərbi qulluqçumuzun övladı dünyaya gəlib - YENİLƏNİB + VİDEO
“YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sentyabrın 19-20-də Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Asim Abdullayevin Tovuz rayonunda doğulan övladı Günayın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Həmin məqsədlə min manat vəsait ananın hesabına köçürüləcək. Bildirilib ki, dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 min manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək. “Onlar bizə əmanət” layihəsi indiyədək 114 şəhid övladını əhatə edib. Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir. 11:38 Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Asim Abdullayevin qız övladı dünyaya gəlib. Qəhrəman hərbi qulluqçumuzun döyüş yoldaşları şəhidin həyat yoldaşını və körpəni ziyarət edib, ailə üzvlərinə gözaydınlığı veriblər. Şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə daim əhatə olunduğu xüsusi vur