Elnarə Qasımova həbs olundu
Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova haqqında qərar qəbul edib. Mediaxeberleri.Az xəbər verir ki, Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədov sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 557
Xəbəri paylaş
Paylaş: