İlham Əliyev bu qanunları təsdiqlədi
Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib. Mediaxeberleri.Az xəbər verir ki, yenilənmiş qanuna əsasən, bu ildən tikinti obyektləri elektrik şəbəkəsinə qoşularkən məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi qoşulma xidmətinə görə ödəniş edəcək, enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işlərini enerji təchizatı müəssisəsi həyata keçirəcək. İndiyə qədər tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) tikinti obyektləri elektrik şəbəkəsinə qoşularkən ödəniş edilirdi. xxx Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Mediaxeberleri.AZ xəbər verir ki, yenilənmiş qanuna əsasən, yeni maddələrə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.