EEVZA: Azərbaycan millisi son oyununa çıxacaq
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxacaq. Mediaxeberleri.AZ-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev sahibləri ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya 0:3 hesabı ilə uduzub. Qeyd edək ki, bu gün başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Oxunub: 472
Xəbəri paylaş
Paylaş: