Hamlet Qasımov yazır
Mən belə düşünürəm ki, ayrı-ayrı nazirliklərin Regional İdarələri həmin qurumların yerlərdə görən gözləridir. Təəssüf ki, mən elə bilirəm, əksəriyyəti özünü doğrultmur. İcra hakimiyyətləri də artıq onların işinə qarışmır.
Bəs onlar necə, bu sərbəstlikdən işin xeyrinə istifadə edə bilirlərmi?
Baxın, Tovuz-Qazax Regional Mədəniyyət idarəsinin tabeliyində olan klublar və kitabxana filiallarıdır. Görün nə gündədirlər! Başa düşürük, hamısını birdən təmir etmək çətindir, xeyli vəsait tələb olunur və sair. Bəs heç olmasa ətrafda az da olsa səliqə-sahman yaratmaq olmazmı? Qapısına yarım qutu rəng vurmaq bu qədərmi çətindir? Pilləkənindən qopub düşən kubiki yerinə qaytarmaq mümkün deyilmi? Əlbəttə, istəsələr hər şey mümkündür. Sadəcə gərək gözdən-könüldən uzaq olsan da(Bakıdan uzaq) gərək məsuliyyət hiss edəsən.
Bir-iki mədəni-kütləvi tədbir keçirib öyünməklə deyil ki...
Region idarələrinin bir çoxunda vəziyyət məhz belədir. Nəzarət yox, məsuliyyət yox, təşəbbüskarlıq yox, canyananlıq yox, özüm də REGİONAM! Axı kimə lazımdır belə region?
Oxunub: 451
Xəbəri paylaş
Paylaş: