Dişləriniz nə qədər ömür sürəcəyinizi göstərir
Alimlər ağızda itirilən dişlərin sayına görə insanın ömrünə nə qədər qaldığını müəyyən edə biliblər. Mediaxeberleri.AZ Medicina.az-a istinadən xəbər verir ki, bu metod yalnız ahıl insanlar üçün keçərlidir. Sübut olunub ki, 70 yaşa qədər insanda nə qədər az diş itirilibsə, onun 90 yaşa çatma ehtimalı bir o qədər yüksəkdir. Əgər 60-70 yaşa qədər ağızda daha çox diş qorunub saxlanılıbsa, deməli, orqanizm yaxşı vəziyyətdədir. Dişlər erkən yaşdan tökülübsə, bu o deməkdir ki, insan həyatı boyu çox stress keçirib və sağlamlığına fikir verməyib.
Oxunub: 520
Xəbəri paylaş
Paylaş: