Bakının tələbi Ermənistana 3 milyarda başa gəldi
Arazdəyəndəki zavodun Vedi rayonuna (Ararat) köçürülməsi Ermənistan hökumətinə 3 milyard drama başa gəlib. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Ermənistan məlumatı məlumat yayıb. “Ermənistan hökuməti yanvarın 11-də keçirilən iclasda 3,5 milyard dram məbləğində büdcə ayıraraq GTB STEEL MMC tərəfindən Ararat kəndində metallurgiya zavodunun tikintisi barədə qərar qəbul edib. Qərara əsasən, 2023-cü il dekabrın 14-də hökumət Vedi rayonunun Ararat qəsəbəsində metallurgiya zavodunun tikintisi üzrə investisiya proqramını qəbul edib və təsdiqləyib. Torpaq sahələrinin isə GTB STEEL şirkətinə verilməsinə razılıq verilib. Müəssisənin tikintisi üçün şirkət artıq bir sıra tikinti işlərinə 2 milyard dram vəsait xərcləyib”, - məlumatda deyilir. Qeyd edək ki, sərhədimizdə tikilən bu zavod Azərbaycanın tələbi ilə köçürüldü.