Mediaxeberleri.az
    
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • Bəzi ərazilərdə işıq olmayacaq
    Bəzi ərazilərdə işıq olmayacaq
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib

Son xəbərlər :
  • Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı
  • Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada qeyd olunub
  • Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
  • İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib
  • “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb - FOTO
  • Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO
  • Gəncədə zəhərlənən şagirdlərin sayı 7-yə çatdı
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Tiflisə getmək istəyənlərə şad xəbər!
  • Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
  • İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
  • 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
  • Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
  • Sabah güclü yağış yağacaq
  • Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
  • Bu şəxslər maaşdan əlavə pul alacaq
  • Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
  • Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
  • Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
  • Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İlham Əliyev komanda verdi: Hazırlaşın!

  • Tarix: 11-01-2024, 12:27

Prezident İlham Əliyev heç vaxt təsadüfən söz demir, müsahibə vermir – xüsusilə yerli mediaya. Əgər müsahibə verirsə, demək, xalqa ciddi mesajı var.

İlham Əliyevin 2024-cü ilin ilk ongünlüyünün tamamında verdiyi müsahibə də bu sıradandır və qətiyyən sıradan deyil: 3 saatlıq müsahibədə işlətdiyi bütün ifadələri, jestləri, ritorikası ilə olduqca mühüm və tariximizə yazılacaq, yeni tariximizi yazacaq səhifənin sorağını verdi.

Nələr dedi?

İnanılmaz qədər mütəvazi şəkildə 20 illik dövrə yekun vurdu: son 4 ilə yaxın bir müddətdə qanqaynadan, ruhu ayaqda tutan pafosdan məharətlə istifadə edirdi – çünki torpaqların işğaldan azad edilməsi, ərazi bütövlüyünün, suverenliyinin tam bərpası üçün taleyüklü və tarixi bir missiyanı yerinə yetirirdi və xalqı məhz Dəmir Yumruq kimi ayaqda tutmalıydı.

Ancaq indi bu mərhələnin bitdiyini açıq şəkildə elan etdi: Tarixi Zəfəri istismar etməməyi əmr etdi... Bəli, məhz Ali Baş Komandan kimi əmr etdi. Bundan sonra, məcazi desək, min il Tarixi Zəfərə sığınıb, hakimiyyətdə qala biləcəyini dəqiq anladığını göstərdi, ancaq rəsmən komandasına bu istismarı – halbuki bu, qətiyyən sui-istifadə deyil, tarixi haqqıdır, milli haqqıdır, halal haqqıdır – qadağan etdi.

Həm də sübut etdi ki, tarixin kəsimlərindən maksimum istifadə etməyi bacardığı qədər də zamanı dəyərləndirən və psixoloji halı qiymətləndirməyi bacaran böyük filosofdur.

İlham Əliyev bilir ki, xalqın yaşaması, inkişafı üçün ilk növbədə passionarlığını saxlaması vacibdir: tənbəllik olmaz, arxayınlaşmaq qəti olmaz, qürurlanıb, Tarixi Zəfərin kölgəsində mürgiləmək isə faciələrə səbəb ola bilər.

İlham Əliyev xalqı məhz buna çağırdı: arxayınlaşmayın, tənbəlləşməyin, hansı zamanda, hansı qonşular içərisində, necə şəraitdə yaşadığınızı unutmayın.

2020-ci il zəfərinin dərhal ardından hansı addımlar atdığına üstüörtülü işarə etdi: ordunun inkişafı elə 10 noyabrdan davam etdi, yeni, müasir birliklər yaradıldı: 2021 may, 2022 və 2023-ün sentyabr sürətli əməliyyatlarını məhv yeni qüvvələrin həyata keçirdiyini bircə cümlə ilə anlatdı.

Nə anladıq?

İnsan o qədər yaradıcı, o qədər strateq, o qədər passionar və böyük nüvəyə sahibdir ki, bir an da dayanmır: ən böyük qələbənin qeyd olunduğu gün artıq yeni hədəfi təkcə müəyyən etmir, həm də onun dərhal icrası üçün fəaliyyətə başlayır.

Ona görə Azərbaycanda qələbələr, tarixi günlər bir-birini əvəz edir və biz “ayıla bilmirik”: çünki az qala yaşadığımız hər gün tariximizin şərəfli səhifəsinə çevrilir. İlham Əliyev məhz “ayılmağımızı” tapşırdı, məhz tariximizə yazılan şərəfli səhifədə ilişib qalmamağı, bu səhifəni çevirib, yeni səhifədən tarix yazmağa səslədi bizi.

Mayak, nümunə, etalon isə özüdür: iş rejimi ilə, diplomatiyası ilə, qurduğu münasibətlərlə...

Anlatdı ki, Azərbaycan üçün taleyüklü məsələdə qərar verəndə zəng edəcəyim yeganə şəxs Ərdoğandır – qardaşımdır; Türkiyədir – Azərbaycanın qardaşıdır!

Anlatdı, daha doğrusu, bəlkə də ilk dəfə idi bu qədər açıq şəkildə adı ilə deyirdi – politoloqlar, ziyalılar, siyasətçilər – yeni dövrü təhlil etməli, strategiyasının hazırlanmasında iştirak etməlidir.

Siz doğrudanmı elə sandınız ki, İlham Əliyevin buna ehtiyacı var?

Qətiyyən! O artıq 20 ilə yekun vurdu, seçkiləri də bu yekun üçün qabağa çəkdi; O artıq yeni tarix yazmağa hazırlaşır – adım kimi əminəm – artıq Yol Xəritəsi deyil də, konkret strategiyası var: əmin, inamlı tərzdə, həm də xoşgörü ilə yeni mərhələyə nə qədər yüksək səviyyədə hazır olduğunu bizə başa saldı.

Sadəcə, politoloqlara, ziyalılara səsləndi ki... Özünün müəyyən etdiyi yeni strategiya, milli hədəflərə köklənsinlər və düşüncələrini də bu istiqamətə yönəltsinlər; yeni dövrün tələblərini anlasınlar və təbliğatda vintcik rolunu oynaya bilsinlər.

Nəyi başa saldı?

Yeni milli hədəflər üçün qorxularımız varmış: Avropaya qaz satışımıza embarqo, sanksiyalar, insan haqları və digər məsələlərin bəhanəsi ilə təzyiqlər...

İzah etdi ki, Avropaya qaz satışına qadağa qoya bilməzlər - əks halda ölkəmizlə müqavilə imzalayan şirkətlər yüzmilyonlar, milyardlarla kompensasiya verməli olar;

İzah etdi ki, Azərbaycanın qaz satışından əldə etdiyi gəlir siz düşündüyünüz səviyyədə deyil – hətta bu gəlir dayansa, vətəndaşlarımız bunu hiss etməyəcək. Ancaq Avropa bizdən qaz almasa, bəzi ölkələr “donacaq” – həm siyasi, həm də müstəqim mənada...

İzah etdi ki, haqq, ədalət və hüquqa əsaslanır gücümüz; başa saldı ki, ölkənin xarici iqtisadi əlaqələri də elə qurulub ki, enerji satışımızı dayandırmaqla bizə təzyiq etmələri mümkün deyil, əksinə, bu “enerji əlaqələri” Azərbaycanın etibarlı tərəfdaş olaraq nüfuzunu, dostlarının sayını və mövqelərini beynəlxalq müstəvidə gücləndirir.

Əliyev elə bir strategiya qurub ki, bu əlaqələr əksimizə çevrilə bilməz!

Nə gördük?

Bir daha gördük ki, İlham Əliyev təkcə mahir siyasətçi, diplomat, dövrümüzün beynəlxalq səviyyəli siyasətçisi yox, həm də güclü yumor hissinə malik son dərəcə hazırcavab şəxsdir.

Sərhəddən qoşunları geri çəkməklə bağlı hansısa liderin zəngini xatırladanda bu, bir daha çılpaqlığı ilə üzə çıxdı.

“Hara çəkilək?”

“Hardan gəlmisiniz, ora!”

“Biz Bakıdan gəlmişik... Ora çəkilək? Biz 30 il orda olmamışıq, sərhəd hardadırsa, göstərin, ora çəkilək”!

Əliyev bilirdi o sərhədi göstərən olmayacaq – çünki yoxdur o sərhəd. Ancaq bunun ifadə tərzi, sərt və peşəkar diplomatik ifadəsi möhtəşəmdir!

Son 100 ildə çox nadir siyasətçilər olub ki, ən sərt mövqelərini son dərəcə incə-satirik diplomatiya ilə ifadə edərək, ən güclü rəqiblərini belə masada tərk-silah edib. Bəzən onların deyimləri “beynəlxalq status” da alıb, indi də işlədilir və yəqin, dünya durduqca qalacaq. Məsələn, Çörçill!

Görünür, 21-ci əsr üçün bu ad İlham Əliyev olacaq – incə, sərrast, milli maraqlardan “bir santim” geri çəkilməyən diplomatiyanın ən yüksək səviyyədə hazırcavablıqla ifadəsi!

Nələri açıqladı?

1970-ci illərin xəritələri üzərində erməni tərəfinin manipulyasiyalarına tam aydınlıq gətirdi – tam-tamına!

Bəlkə də media bu vaxta qədər ən ağıllı şəxslərdə, politoloqlardan, ziyalılardan, tarix bilicilərindən onlarla, yüzlərlə açıqlama alıb, İrəvanın niyə bu xəritələrdə israr etdiyinin səbəbini öyrənməyə çalışıb.

Belə məlum olur ki, İlham Əliyev bütün bunlardan xəbərdardır və bəzi mətləbləri açmağa ehtiyac hiss etdi.

Ermənistanın “70-ci illər xəritəsi” cəhdinin üstündən qırmızı xətt çəkdi! Səbəbini də izah etdi: ya siyasi – 1918-ci il 28 may və ya 1920-ci il 28 aprel, ya xronoloji, ya da heç bir xəritə, yerlərdə qarış-qarış müəyyənləşdirməklə!

O cümlədən sülhdən danışdı: sülh olmaya da bilər, onda Ermənistan dalan ölkə olaraq qalacaq və Azərbaycanın “B Planı” var.

Amma təkcə “B” deyil – İlham Əliyev “v”si, “q”si... də var – çünki Əliyev yeni dünya düzəninin hazırda formalaşdırılan ƏLİFBAsının yaradıcıları sırasında rol alır – bu “əlifba”nın “a”sından başqa heç bir hərf tanımayanlara dərs deyə bilər – zatən diplomatlara hələ çox gənc yaşında dərs deyib!

Nə nəticə çıxarmalıyıq?

İlham Əliyev elan etdi: tarixi zəfər missiyası tamamlandı, sərhədlərimizə çıxdıq, ərazimizi tam bərpa etdik, Qarabağ yarasını ermənilərlə birgə - heç kəsin ağlının ucundan keçməyəcək səviyyədə - kəsib atdıq, indi o əraziləri “müalicə” edirik, bərpa edirik, qururuq, yaradırıq, köçürük; anklavlara da köçəcəyik, orda da yaşayacağıq...

İlham Əliyev elan etdi: yeni tarixi səhifə açılır və bu, Azərbaycanın sərhədlərindən kənara çıxmasıdır. Müasir tarixdə bir ilkə imza ataraq, ərazi mübahisəsini ən yüksək səviyyədə, unitarlığını qorumaqla bərpa edən Azərbaycan tarixində ilk dəfə sərhədlərini aşır – gücü ilə, ordusu ilə, iqtisadiyyatı ilə, siyasəti ilə!

İlham Əliyev Azərbaycanın regional iddiasını ilk dəfə açıq şəkildə elan etdi və bütün cəmiyyəti buna çağırdı.

Azərbaycan gücünü qardaşı ilə birləşdirir və Xəzərin o tayından Qara və Aralığa qədər təsir dairəsi yaradır...

Yeni möhtəşəm tariximiz başlayır!

Tanrı Əliyevi bu arzusuna çatdırsın!


Oxunub: 578
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:37 | Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı
    Dünən, 22:56 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada qeyd olunub
    Dünən, 21:53 | Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
    Dünən, 21:17 | İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib
    Dünən, 18:18 | “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb - FOTO
    Dünən, 18:15 | Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO
    Dünən, 18:13 | Gəncədə zəhərlənən şagirdlərin sayı 7-yə çatdı
    Dünən, 17:40 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:59 | Tiflisə getmək istəyənlərə şad xəbər!
    Dünən, 16:56 | Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Dünən, 15:22 | İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
    Dünən, 15:19 | 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
    Dünən, 14:30 | Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
    Dünən, 14:10 | Sabah güclü yağış yağacaq
    Dünən, 14:09 | Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
    Dünən, 14:07 | Bu şəxslər maaşdan əlavə pul alacaq
    Dünən, 14:05 | Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
    Dünən, 13:27 | Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
    Dünən, 13:25 | Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
    Dünən, 13:23 | Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
    Dünən, 13:14 | Şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Dünən, 11:21 | AĞSTAFADA MÜƏLLİMƏ DÖYÜLÜB - VİDEO
    Dünən, 11:07 | Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
    Dünən, 09:17 | Gürcüstanda türklərin tarixi irsi necə məhv edilir...
    Dünən, 08:57 | AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da akademik sessiya keçirilib
    Dünən, 08:51 | Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
    Dünən, 08:48 | "ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
    Dünən, 08:43 | Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı
    Dünən, 08:40 | İlqar Xəyal uzun müddət sonra görüntüləndi
    Dünən, 08:38 | Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dünən, 08:27 | HAKİM səhvləri və HƏKİM səhvləri... - AKTUAL
    Dünən, 08:22 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
    Dünən, 08:15 | Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - HƏBS
    Dünən, 08:12 | Rusiya Ukraynaya qarşı yeni növ drondan istifadə etdi
    Dünən, 08:11 | Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Dünən, 08:04 | Millimiz Millətlər Liqasında növbəti sınağına çıxır: Rəqib Lixtenşteyndir
    30-09-2026, 23:27 | Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
    30-09-2026, 23:24 | Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
    30-09-2026, 23:22 | ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
    30-09-2026, 23:19 | XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
    30-09-2026, 23:15 | Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    30-09-2026, 23:07 | Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
    30-09-2026, 23:05 | MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    30-09-2026, 22:53 | Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    30-09-2026, 22:49 | Həbsdə olan vəkillər azadlığa buraxıldılar
    30-09-2026, 22:45 | Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
    30-09-2026, 22:43 | Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
    30-09-2026, 22:25 | Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
    30-09-2026, 22:18 | Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
    30-09-2026, 22:16 | Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.