Lənkəranda səkidə dükan tikmə praktikası - FOTO
Lənkəranda piyada səkilərinin üstündə dükan tikilməsi tendensiyası davam edir.Camaat arasında MTS adlanan məhəllənin girişində,Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində səkinin üstündə, böyük problemlərə əsas olacaq, 8-9 kvadrat metrlik xırda bir dükan tikilir. ”Yeni Gundem”in məlumatına görə, bu dükan 2 saylı poçt şöbəsinin divarına dirənməklə yanaşı,həm də məhəlləyə gedən qaz və elektrik xətlərinin altında inşa edilir.Dükanın tikilməsi məhəllə sakinlərinin piyada gediş-gəlişi üçün əməlli-başlı əngələ çevrilmişdir. Bundan əlavə isə böyük bir yaşayış massivinin girişini daraltmaqla gələcəkdə avtoqəzaların yaranma səbəbinə çevriləcəyi şəksizdir.Bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur.Şəkildən göründüyü kimi, dükanın divarı piyada səkisinin qabağını kəsir və bu səbəbdən piyadalar avtomobil yoluna çıxmalı olurlar. Çətin ki,İcra hakimiyyətinin,Fövqəladə halların və şəhərsalmanın heç bir tikinti normalarına cavab verməyən bu xırda dükandan xəbəri olsun. Yeri gəlmişkən, məhəllə sakinlərindən daxil olan məlumatlardan belə məlum oldu ki, tikintini keçmiş vergi işçisi olan Təhməz Cəfərov adlı şəxs aparır.Onun bu cür arxayıncasına, hamının gözü qarşısında etdiyi qanunsuzluqların arxasında duran isə rayonda məsul vəzifədə işləyən böyük qardaşı Babək Cəfərov və Babək müəllimin oğlu Mikayıl Cəfərovdur. Qeyd etmək lazımdır ki,Mikayıl Cəfərov rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun müavinidir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Yenigundem.az
Müvafiq qurumların bu qanundankənar tikiliyə münasibət bildirməsini və qanunauyğun tədbir görülməsini xahiş edirik.