Yasamalda bina sakinləri həyətdəki tikililərdən narazıdır - VİDEO
Bakının Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki həyətlərdə köhnə qarajların əlindən hərəkət etmək mümkün deyil. Bəziləri, ümumiyyətlə, istifadəyə yararsızdır. Sakinlər bildiriblər ki, illərdir bu tikililərə görə əziyyət çəkirlər: “1994-cü ildən belədir. Həyətin ortasını qarajla doldurublar. Uşaqlar üçün oynamağa yer yoxdur. İnanmıram ki, buradan bərbad həyət dünyanın harasındasa olsun”. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, sözügedən həyətdəki köhnə qarajlar 1992-1993-cü illərdə bu ərazidə məskunlaşan məcburi köçkünlər tərəfindən inşa edilib. Həmin tikililərə görə ərazidə abadlıq işlərinin aparılması texniki cəhətdən mümkün deyil. Abadlıq işlərinin aparılması üçün texniki şərait yarandığı təqdirdə müvafiq tədbirlər görüləcək. Ətraflı Baku TV-nin süjetində: