Bakı aeroportuna gediş-gəliş tam yenidən qurulacaq
Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sistemi tam yenidən qurulacaq. Mediaxeberleri.AZ xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd olunub ki, hava limanının dəmir yolu əlaqələndirməsi təmin ediləcək, avtomobil nəqliyyatı üçün parklanma imkanları genişləndiriləcək, 2-ci terminalın ehtiyat imkanlarından istifadə edilərək sərnişinlərə tələbata uyğun xidmət göstəriləcək. Gələcək inkişaf – 2040-cı il Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sisteminin yenidən qurulması prosesinin davam etdirilməsi: • Hava Limanında dəmir yolu xidmətlərinin intensivləşdirilməsi; • avtomobil nəqliyyatı üçün parklanma imkanlarının daha da genişləndirilməsi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının terminal imkanlarından daha optimal birgə istifadə: • sərnişinlərə xidmətlərin daha optimal şəkildə göstərilməsi; • tələb olunan əməliyyatlar üzrə terminal imkanlarının təkmilləşdirilməsi (baqajın daşınması, qeydiyyat və s.).