Mayonezli salatlar, yağlı yeməklər və uzanan mədə - Bayramdan sonra nə etməliyik?
"Yeni il bayramlarından sonra insan orqanizmi çox yeməyə alışır. Mədə uzanır, buna görə də uzun bir həftəsonundan sonra nəfsinizə "dur" demək olduqca vacibdir". Mediaxeberleri.AZ xəbər verir ki, bunu tibb elmləri namizədi, "Meditsina"nın endokrinoloqu Natalia Tananakina deib. O, Lenta.ru ilə söhbətində bayramdan sonra forma almağın yollarını açıqlayıb. Mütəxəssisin fikrincə, belə anlarda yalnız nizamlı və balanslı qidalanma lazmdır. Əks təqdirdə, bu, bədən üçün stresə çevrilirlər. Buna görə də, tətildən sonra yenidən forma qayıtmaq yumşaq bir pəhriz ilə başlamalıdır - pəhrizinizə daha çox tərəvəz və meyvə əlavə edin. Həkim bayramdan sonra yenidən hərəkətə keçməyinizə kömək edəcək bir neçə qaydaları da qeyd edib. Birincisi, o, daha az yemək yeməyi tövsiyə edib, lakin mümkünsə, bədənin stress yaşamaması üçün yeməyin miqdarını tədricən azaltmağı məsləhət görüb. İkincisi, bütün Yeni il yeməklərini pəhrizdən çıxarın - mayonezli salatlar, yağlı balıq və ət, tortlar və xəmir. Mayonezə əla alternativ sirkəsiz və ya evdə hazırlanmış mayonezsiz digər qidalar olacaq. Adi şirniyyatlar, məsələn, bişmiş alma ilə əvəz edilə bilər. Bundan əlavə, ədviyyat, duz və şəkərdən istifadəni minimuma endirməlisinizr. "Orqanizmdə artıq su yığılmaması vacibdir. Bu, sağlamlıq problemləri ilə dolu ola bilər. Daha çox maye içmək lazımdır. Üstəlik, suyu təmiz halda içmək, onu çay və ya qəhvə ilə əvəz etmək olmaz. Çünki onlar yalnız susuzluğu yatırır, eyni zamanda sidikqovucu təsirini artırır, buna görə də su balansını doldurmurlar. Bol maye içmək orqanizmə metabolik məhsulların öhdəsindən gəlməyə və toksinləri çıxarmağa kömək edəcək", - o əlavə edib. Tananakina qeyd edib ki, əgər xroniki mədə-bağırsaq xəstəlikləriniz varsa, o zaman hər hansı pəhriz və oruc günlərini həkiminizlə razılaşdırmalısınız; bu, ondan mümkün zərəri minimuma endirəcək və xroniki xəstəliklərin kəskinləşmə riskini azaldacaq.