Beş kəndi birləşdirən körpü qəzalı vəziyyətdədir - VİDEO
Astarada beş kəndi rayon mərkəzi ilə birləşdirən körpü qəzalı vəziyyətdədir. Mediaxeberleri.Az xəbər verir ki, intensiv yağıntılar nəticəsində çayda sel sularının çoxalması Astaranın Miki kəndindəki körpünü qəzalı vəziyyətə salıb. Körpünün alt hissəsində torpaq qatının yuyulması, ərazidə təhlükəli vəziyyət yaradıb. Körpü, Miki kəndi daxil olmaqla Qələpurqu, Rinəsə, eləcə də Əsxənəkəran və Toradinin rayon mərkəzinə çıxışını təmin edən yeganə yoldur. Körpünün bir istiqamətində torpaq qatının sürüşməsi yolda hərəkət hissəsini darlaşdırıb. Bu səbəbə görə də kəndə ağır yüklərin daşınması mümkünsüz olub. Sakinlər körpüdə yaranan problemin, körpünün düzgün qurulmamasında görürlər. Daha ətraflı videomaterialı təqdim edirik:
Oxunub: 913
Xəbəri paylaş
Paylaş: