Kimlər bayram axşamı "paytaxt salatı" yeyə bilməz?
"Paytaxt salatı" Yeni İl masasının əvəzolunmaz atributu sayılsa da, mədə xəstəliklərindən əziyyət çəkənlərə onu dadmaq tövsiyə olunmur. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə "NEWS.ru"ya dietoloq Natalya Kruqlova danışıb. O, bildirib ki, ümumiyyətlə, mədə və ya onikibarmaq bağırsaq xorasından əziyyət çəkənlər bayram axşamı xüsusilə diqqətli olmalıdır. "Mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi, mədə və onikibarmaq bağırsaq xorası, kəskin xolesistit, kəskin pankreatit varsa, bu halda xəstələr pəhrizə əməl etməlidir. "Paytaxt salatı" əks göstərişə malikdir", - ekspert bildirib.
Oxunub: 1 112
Xəbəri paylaş
Paylaş: