Mediaxeberleri.az
    
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR

Son xəbərlər :
  • Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
  • 24 yaşlı gəlinin ölümünə səbəb olan həkimə hökm oxundu
  • Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
  • Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
  • Hava şəraiti ilə bağlı xəbərdarlıq: Yağış, qar...
  • Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
  • Lamiyə insanları necə aldadıb? - "AzTV-də işləyirəm", deyibmiş...
  • Jurnalist Əvəz Zeynallı vəfat etdi
  • Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb
  • Kiyevdə ölən Azərbaycan vətəndaşına görə Zelenski başsağlığı verdi
  • Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
  • Bakıda tanınmış notariusun FƏALİYYƏTİNƏ XİTAM VERİLDİ - ƏMR
  • Ermənistan ordusunda intihar dalğası - ŞOK RƏQƏMLƏR
  • Göygöldə sənədsiz ev söküldü - VİDEO
  • Bacısından Qənirə Paşayeva ilə bağlı təsirli paylaşım
  • Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilir
  • Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
  • Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM
  • Taleh Qaraşovun başçı olduğu Lənkəran İcra Hakimiyyətindən 10 manatlıq şirkətət 2 milyon köçürülür
  • Meloni İlham Əliyevə təşəkkür etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Georgian Wings”-in aviabazara gəlişi nə vəd edir? - “Rəqiblərin çoxalması rəqabəti artıracaq”

  • Tarix: 9-09-2023, 09:06

Xəbər verildiyi kimi, sentyabrın 6-dan Gürcüstanın aşağıbüdcəli “Georgian Wings” aviaşirkəti Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə müntəzəm uçuşlara başlayıb. Məlumata görə, aviaşirkət 72 nəfər üçün nəzərdə tutulmuş ATR72-500 təyyarəsi ilə Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə yalnız həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri müntəzəm uçuşlar həyata keçirəcək. Vergilər və təyyarədə yemək təklifi daxil olmaqla, biletin başlanğıc qiymətinin 89 avro olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycanda təyyarə biletlərinin qiymətinin digər ölkələrlə müqayisədə baha olması yerli mediada və sosial şəbəkələrdə tez-tez tənqid olunur. “Azərbaycan Hava Yolları”-nın (AZAL) bilet qiymətlərinin bahalığından şikayətlənən sərnişinlər, sözügedən sahədə monopoliyanın hökm sürdüyünü və bazara aşağıbüdcəli xarici aviaşirkətlərin buraxılmadığını bildirirlər. Belə bir məqamda Heydər Əliyev Beynəlxalq Hava limanından uçuşlar icra edəcək “Georgian Wings” aviaşirkətinin bazara gəlişi ölkədə təyyarə biletlərinin qiymətilə bağlı məsələni bir daha aktuallaşdırıb. Bəzi sosial şəbəkə istifadəçiləri Gürcüstana gediş-gəlişdə qiymətlərin ucuzlaşacağına ümid etdiklərini bildiriblər. 

Medıaxeberlerı.Az xəbər verir ki,  “AzPolitika.info” mövzunun aktallığını nəzərə alaraq bu sahədə kiçik bir araşdırma aparıb.

Əvvəla onu qeyd edək ki, “Georgian Wings” şirkətinin bazara gəlişi, sərnişinlərə təklif olunan aviaxidmətlərin sayını artıran, bu sahədə rəqabət mühitini gücləndirən, eyni zamanda, bilet qiymətlərini formalaşdıran bir amildir. Ancaq təəssüf hissi ilə bildirməliyik ki, Gürcüstan şirkətinin bazara gəlişi də problemi həll etmir. Bunu anlamaq üçün “Georgian Wings” şirkətinin Tbilisi-Bakı-Tbilisi istiqamətində satışa çıxardığı bilet qiymətlərinə nəzər yetirmək kifayət edir.

Belə ki, “Georgian Wings” şirkətinin sentyabr ayı üzrə təklif etdiyi ən ucuz biletin qiyməti 85 avrodur (154 manat). Ümumən götürdükdə isə sentyabr ayında bu şirkətin təklif etdiyi biletlərin qiyməti 85-105 avro (154-191 manat) arasında dəyişir.

Müqayisə üçün bildirək ki, aşağı büdcəli aviaşirkət kimi təqdim olunan “Georgian Wings”-in 10 sentyabr tarixində Bakı-Tiflis istiqamətində satışa çıxardığı biletin qiyməti 100 avro (182 manat) təşkil edir.



AZAL-ın aşağıbüdcəli törəməsi - “Buta Airways” isə həmin tarixdə Bakı-Tiflis reysinin biletini 217 manata təklif edir. Buradan da aydın olur ki, “Georgian Wings” və AZAL-ın bilet qiymətləri arasında az fərq var. Hər iki aviaşirkət şişirdilmiş qiymətlərlə fəaliyyət göstərir. Onu da qeyd edək ki, Bakı-Tiflis arasında hava yolu ilə məsafə 450 kilometr, uçuş müddəti isə cəmi 1 saat 10 dəqiqə təşkil edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə bildirir ki, bu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo”, “Georgian Wings”kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub. Hazırda aşağı büdcəli aviaşirkətlərin sayının 16-ya çatdırıldığı bildirilir. Ancaq sözügedən aviaşirkətlərin bilet qiymətləri də digər ölkələrlə müqayisədə Azərbaycanda baha qiymətə təklif olunur.

Məsələn, “Wizair” aviaşirkətinin 12 sentyabr tarixinə olan Bakı-Budapeşt reysinin bilet qiyməti 209 avro (355 manat) təşkil edir. Sentyabr ayı üzrə bu şirkətin Bakı-Budapeşt istiqamətində təklif etdiyi ən ucuz biletin qiyməti 105 avrodur (191 manat). Adıçəkilən şirkət Bakı-Abu-Dabi reysini sentyabrın 10-da 190 avroya (346 manat), Bakı-Roma reysini 11 sentyabrda 209 avroya (380 manat) təklif edir.

Qeyd edək ki, biletləri bir neçə ay öncədən sifariş verərək daha uyğun (ortalama 40-60 avro) qiymətə əldə etmək mümkündür. Lakin yerli sərnişinlər bu zaman da digər ölkələrlə müqayisədə “Wizair”-in fərqli qiymət siyasəti ilə üzləşirlər. Məsələn, “Wizair”-lə 10 sentyabr tarixində Bakı-Abu-Dabi biletinin qiyməti 346 manat, eyni gündə İrəvan-Abu-Dabi biletinin qiyməti isə 198 manatdır. Aradakı qiymət fərqi nə az, nə çox - 148 manatdır!

Bəs sözügedən qiymət fərqi necə yaranır?



Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, ortaya çıxan qiymət fərqinin müxtəlif səbəbləri ola bilər:“Əvvəla, bu, həmin aviaşirkətin özünün qiymət siyasəti ilə bağlı ola bilər. İkincisi, təyyarələrin doluluq göstəricisi də qiymətlərə təsir edə bilər. Ola bilər ki, şirkət eyni təyyarə ilə, eyni məntəqələr arsında uçuşları zamana görə, müxtəlif qiymətə təklfi edir. Məsələn, ola bilər ki, dekabrda biletin qiyməti ucuz, fevralda isə baha olsun. Həmçinin təyyarələrdəki yerlər arasında da qiymət fərqi olur. Digər tərəfdən, aviabiletin alınma vaxtı da qiymətləri müəyyənləşdirən faktordur. Əgər siz aviabileti əvvəlcədən alsanız, qiymət bir qədər ucuz olacaq. Eyni zamanda, hava limanlarının xidmət haqqına da baxmaq lazımdır. Qeyd etdiyiniz kimi, İrəvan və Bakı hava limanlarından eyni reys müxtəlif qiymətə təşkil olunursa, buradakı xidmət haqqına nəzər yetirmək lazımdır”.

“Əsas məsələ ondan ibarətdir ki, AZAL sərnişinlərin seçim imkanlarını məhdudlaşdırır. Məsələn, sizin baqajınız olmasa belə, AZAL-ın təklif etdiyi 23 kiloqramlıq baqaj paketindən və buradakı digər xidmətlərdən istifadə etməlisiniz. Bu da qiymətlərin artmasına səbəb olur. Çünki başqa alternativiniz yoxdur. Düşünürəm ki, AZAL-ın idarəetməsinin təkmilləşdirilməsinə böyük ehtiyac var”,- deyə ekspert əlavə edib.

X. Kərimlinin sözlərinə görə, bazara yeni aviaşirkətlərin daxil olması bu sahədəki rəqabət mühitini gücləndirəcək:“Birmənalı olaraq daha çox aviaşirkətin Azərbaycan hava limanlarından uçuşlar etməsi rəqabəti artıracaq. Bu, ölkəmiz üçün çox yaxşı bir amildir. AZAL-ın özü üçün də faydalıdır. Rəqiblərin çoxalması rəqabəti artıracaq və AZAL öz səhvlərini daha diqqətlə nəzərdən keçirəcək. Eyni qiymətə fəaliyyət göstərsələr də, müştərilər bu aviaşirkətlər arasında bölünəcək. Nəticədə AZAL müştəri qıtlığı ilə üzləşəcək . Daha çox istiqamətlərdən ölkəyə uçuşların olması turizmi də inkişaf etdirəcək, ölkəyə rahat gəliş-gedişi asanlaşdıracaq. Rəqabət mühitinin inkişaf etməsi qiymətlərə də təsir göstərəcək”.

Elvin Bəyməmmədli


Oxunub: 715
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:17 | Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
    Bu gün, 14:14 | 24 yaşlı gəlinin ölümünə səbəb olan həkimə hökm oxundu
    Bu gün, 14:11 | Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
    Bu gün, 14:05 | Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
    Bu gün, 14:01 | Hava şəraiti ilə bağlı xəbərdarlıq: Yağış, qar...
    Bu gün, 13:56 | Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
    Bu gün, 13:55 | Lamiyə insanları necə aldadıb? - "AzTV-də işləyirəm", deyibmiş...
    Bu gün, 13:35 | Jurnalist Əvəz Zeynallı vəfat etdi
    Bu gün, 12:31 | Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb
    Bu gün, 11:56 | Kiyevdə ölən Azərbaycan vətəndaşına görə Zelenski başsağlığı verdi
    Bu gün, 11:12 | Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
    Bu gün, 11:04 | Bakıda tanınmış notariusun FƏALİYYƏTİNƏ XİTAM VERİLDİ - ƏMR
    Bu gün, 10:53 | Ermənistan ordusunda intihar dalğası - ŞOK RƏQƏMLƏR
    Bu gün, 10:50 | Göygöldə sənədsiz ev söküldü - VİDEO
    Bu gün, 10:47 | Bacısından Qənirə Paşayeva ilə bağlı təsirli paylaşım
    Bu gün, 10:44 | Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilir
    Bu gün, 10:43 | Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
    Bu gün, 10:41 | Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM
    Bu gün, 10:26 | Taleh Qaraşovun başçı olduğu Lənkəran İcra Hakimiyyətindən 10 manatlıq şirkətət 2 milyon köçürülür
    Bu gün, 10:25 | Meloni İlham Əliyevə təşəkkür etdi
    Bu gün, 10:20 | Qənirə Paşayevanın vəfatından 3 il ötür
    Bu gün, 10:18 | Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
    Bu gün, 10:16 | Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu
    Bu gün, 10:04 | Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var
    Bu gün, 09:57 | Sülh müqaviləsi zəruridir, amma yetərli deyil - AKTUAL
    Bu gün, 09:52 | Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfərimizin qəhrəmanlarını ehtiramla yad edib - FOTO
    Bu gün, 09:50 | Millətlər Liqası: Türkiyə İtaliyaya qarşı
    Bu gün, 09:46 | Neft yenidən bahalaşdı
    Bu gün, 09:44 | Əhali artır, amma uşaqların sayı azalır: demoqrafik problem - BELƏ DAVAM EDƏRSƏ...
    Bu gün, 07:58 | Xaçmazda ağır qəza: 9 nəfər xəsarət aldı
    Bu gün, 07:34 | Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü - FOTO
    Dünən, 22:43 | Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
    Dünən, 22:18 | "Hər şey Sizdən başladı, cənab General" - Polad Həşimovun xanımı
    Dünən, 22:12 | Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
    Dünən, 21:57 | "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
    Dünən, 21:33 | Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO
    Dünən, 18:54 | UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
    Dünən, 17:52 | Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
    Dünən, 17:50 | Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA
    Dünən, 17:48 | Rəsul Quliyevin qızı: “Prezident İlham Əliyev olmasaydı, bütöv Azərbaycan ola bilməzdik”
    Dünən, 17:24 | Bakıya gəlmək istəyən erməni tankları - VİDEO
    Dünən, 16:47 | Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
    Dünən, 16:45 | Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
    Dünən, 16:40 | "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    Dünən, 15:56 | Qazaxda 27 Sentyabr - Anım Günündə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 15:49 | Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
    Dünən, 15:46 | İran ABŞ-ın daha bir sualtı qurğusunu ələ keçirdi
    Dünən, 15:43 | Ağstafada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
    Dünən, 15:37 | Hakan Fidan BƏƏ-yə gedir
    Dünən, 15:18 | 27 Sentyabr - Anım Günündə Ağstafa rayon Şəhidlər xiyabanı ziyarət olunub.
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.