Vidadi Babanlı doğulduğu Qazax rayonunda dəfn edildi
Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib. Mediaxeberleri.Az-ın məlumatına görə, yazıçının nəşi onun anadan olduğu Qazax rayonunun Birinci Şıxlı kəndinə gətirilib.Vidadi Babanlı kənd qəbirstanığında torpağa tapşırılıb.Dəfn mərasimində yazıçının ailə üzvləri, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimayət nümayəndələri iştirak edib. Xatırladaq ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.Sonradan C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir.