Bakıda şirkət rəhbəri cərimələndi
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ş.Abdullayev küçəsində tikinti aparılması məqsədilə hasara alınmış torpaq sahəsində 7 ağacın kəsildiyi və təbiətə 25080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bu barədə Mediaxeberleri.Az-a xidmətdən məlumat verilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı hasara alınmış ərazidə tikinti işlərinin "Gold Star City" şirkəti tərəfindən aparıldığı məlum olub: “Faktla bağlı akt tərtib edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.