Donuz ürəyi işə yaramır: İkinci xəstə də öldü
Dünyada donuz ürəyi köçürülən ikinci xəstə transplantasiyadan təxminən altı həftə sonra vəfat edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ABŞ-ın Merilend Universitetinin Tibb Mərkəzi məlumat yayıb. “Dərin kədərlə bildiririk ki, geni dəyişdirilmiş donuzdan dünyada ikinci ürək transplantasiyası əməliyyatı keçirmiş sağalmaz ürək xəstəliyi olan 58 yaşlı Lourens Fosetta vəfat edib", - tibb mərkəzinin məlumatında deyilir. Hesabatda Fossttin son mərhələdə ürək çatışmazlığından əziyyət çəkdiyi və ənənəvi ürək transplantasiyası üçün yararsız hesab edildiyi qeyd edilib. Əməliyyatdan sonra o, təxminən altı həftə yaşaya bildi. Bu müddət ərzində o, ailəsi ilə vaxt keçirərək və həyat yoldaşı ilə kart oynayaraq "əhəmiyyətli irəliləyişlər" əldə edib. Əvvəlki xəstə belə transplantasiya ilə iki ay yaşamışdı.