13 yaşlı qızın cəsədi dənizdən çıxdı: MÜƏMMALI ÖLÜM
Antalyanın Muratpaşa səmtinin Şirinyalı məhəlləsində qayalıqların dənizə qovuşduğu ərazisində insanlar hərəkətsiz vəziyyətdə yatan adamı görüb və bu haqda 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Mediaxeberleri.Az xəbər verir ki, daha sonra hadisə yerinə polis, yanğınsöndürmə briqadası və dəniz polisi göndərilib. Təxminən 20 metr yüksəklikdəki qayalıqlardan kəndir köməyi ilə enən qruplar cəsədi qayıqla Kaleiçi Marinasına aparıblar. Öümün dəqiq səbəbinin araşdırılması üçün meyit Antalya Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb. Polisin ilkin qənaətinə görə, meyit orta məktəbin 8-ci sinif şagirdi olan 13 yaşlı qıza aiddir. Faktla bağlı araşdırma başlayıb. Hadisənin intihar və ya qətl olub-olmaması araşdırılır.
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: