Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
  • AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
  • Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
  • Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
  • Sabah bu rayonda qaz olmayacaq
  • Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
  • 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
  • Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
  • Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
  • Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
  • İlham Əliyev Vladimir Putinə zəng etdi
  • Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
  • Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
  • Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
  • İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
  • AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
  • Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
  • Kimya üzrə Nobel mükafatı onlara verildi
  • "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycan İsrailə 1 milyon barrel neft göndərib? - “Bloomberg”in saxta məlumatını ifşa edən FAKTLAR

  • Tarix: 31-10-2023, 13:42

“Bloomberg” nəşri İsrailin Qəzzada hərbi əməliyyatlar apardığı bir vaxtda “Seaviolet” adlı neftdaşıyan tankerin Ceyhan terminalından 1 milyon barrel həcmində Azərbaycan neftini İsrailin “Eylat” limanına çatdırdığını yazıb. Məqalədə iddia olunur ki, tanker İordaniyanın “Aqaba” boğaz-limana yollansa da, İsrailin “Paz Oil” neft emalı zavodunu təmin etmək üçün Qırmızı dəniz sahilindəki İsrailə məxsus Eylat (Eilat) limanına dönüb.
Bu xəbərdə diqqət çəkən məqam həm də o oldu ki, məlumatın 20 oktyabrda yayılmasına baxmayaraq, sosial media istifadəçiləri 29 oktyabrdan etibarən mövzunu yenidən gündəmə gətirib, Azərbaycan və Türkiyəyə qarşı kampaniyaya çeviriblər.

Mediaxeberleri.Az xəbər verire ki, Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Bəlli oldu ki, “Bloomberg”də bu mövzuda 19 və 20 oktyabr 2023-cü il tarixlərində 2 yazı dərc olunub (Müəllifi Sherry Su olan “Oil Tanker Sails to Israeli Red Sea Port to Avoid Conflict” və müəllifi Will Kennedy olan "The Desert Pipeline That Ensures Israel Can Keep Importing Oil").

Məsələ burasındadır ki, “Bloomberg” kifayət qədər nüfuzlu media qurumudur və əməkdaşların yazdığı hər söz və cümlə böyük təsiretmə gücünə malikdir. Yəni, nüfuzlu media qurumunun söylədiyi fikirlər yəqin ki, ciddi yoxlanıldıqdan sonra geniş oxucu kütləsinə çatdırılmalıdır. Lakin sonradan sosial mediada böyük rezonans doğuran bu məqlələri araşdırarkən biz, “Bloomberg”in adi media etik qaydalarına riayət etmədiyini görürük.

Detal 1. Hər iki məqalədə Azərbaycanın 1 milyon barellik xam neftinin 900 futluq (274 metr) “Seaviolet” tankeri ilə İsrailə daşınması haqda yalnız 1 cümlə işlədilib.

Sherry Sunun 20 oktyabrda qələmə aldığı yazıda qeyd olunub: “900 futluq Seaviolet Azərbaycandan cəmi 1 milyon bareldən çox neft aparır və rəsmi olaraq İordaniyadakı Aqabaya yola düşür. Bu, Bloomberg-in tərtib etdiyi tanker izləmə məlumatlarıdır. Reallıqda bir neçə treyder (tacir) bildirib ki, yük İsrail "Paz Oil" emaletmə zavodu tərəfindən alınıb və faktiki olaraq ölkənin Qırmızı dəniz sahillərindəki Eylata (Eilat) çatdırılacaq”.

Göründüyü kimi, “Bloomberg” kimi nüfuzlu media qurumu “bir neçə treyderə (tacirə)” istinadən belə ciddi ittiham irəli sürür. Nə əsaslı fakt var, nə tutarlı mənbə.

Detal 2. Dünyada tanker, gəmi hərəkətlərini izləyən bir neçə tanınmış və etibarlı naviqasiya saytları mövcuddur. Onlardan ən məşhurları vesselfinder.com və marinetraffic.com-dur.

Qeyd edilən tankerizləmə saytlarında “Seaviolet” xam neft tankerinin son 1 həftəlik hərəkət trayektoriyasını araşdırdıqda bəlli olur ki, adıçəkilən tanker heç bir halda İsrailin Eylat (Eilat ) limanına yaxınlaşmayıb. Təqdim etdiyimiz 1-ci scrin 24 oktyabr 2023-cü il izləməsinin:

bu isə 29 oktyabr 2023-cü ildə 2-ci izləmənin görüntüləridir:

Cədvələ fikir verəriksə gəminin 12 oktyabr 2023-cü ildə Ceyhan limanında olduğunu və 13 oktyabr 2023-cü il, saat 12:44-də oranı tərk etdiyini görərik. Ondan sonra “Port Said”ə (15 oktyabr, 04:09-da çıxıb), daha sonra isə 20 oktyabrda Süveyş kanalına gəlib (məqalələr isə 19 oktyabr 2023-cü il, saat 19:09-da və 20 oktyabr 2023-cü il, saat 17:12-də sayta daxil edilib). Bu məqalələr dərc ediləndən sonra nələr baş verib? Müşahidə edilən gəmi 20 oktyabr, saat 13:05-də Süveyş kanalına çatıb, sabahısı gün, yəni 21 oktyabr saat 04:12-də limanı tərk edib və elə həmin gün (oktyabrın 21-i, saat 15:51-də) yenidən Port-Said limanına qayıdıb. Göründüyü kimi, nə İordaniyanın “Əqabə (Aqaba) körfəzi”, nə də İsrailin Eylat (Eilat) limanı haqda bir qeyd belə yoxdur.

Üçüncü məqam. “Bir tanker vasitəsilə 1 milyon barel Azərbaycan neftinin daşınması” haqda.
Əvvəla, Azərbaycanla İsrail arasında enerji sahəsində əməkdaşlığın prinsipləri neft ticarətinin tam iqtisadi-ticari legitimliyinə əsaslanır. Məlumat üçün bildirək ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri (2006-cı il) istifadəyə veriləndən indiyə qədər İsrailə hər il təxminən 2-3 milyon barel neft tədarük edilir. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 21 ölkəyə 20 milyon ton, təxminən 146 milyon barel (7,3 barel = 1 ton ) neft ixrac edib. Gündəlik ixracın həcmi (146:274 = 532 min) 532 min barel olub. Hazırda ixracda birinci yerdə İtaliya (7 milyon 985 min ton neft), ikincidə İsrail (2 milyon ton (14, 6 milyon barel), üçüncüdə Hindistan (1,2 milyon ton), dördüncüdə İspaniya (1,1 milyon ton), beşinci yerdə isə Türkiyə (1,1 milyon ton) dayanır. Sonrakı yerlərdə Çexiya, Almaniya, Xorvatiya, Yunanıstan, Böyük Britaniya və digər ölkələr sıralanır. mənbə
Azərbaycan 2023-cü ilin 9 ayı ərzində İsrailə 14,6 milyon barel neft satıb ki, bu da gündəlik 54 min barel neft deməkdir. Yəni, ümumi ixracın 10 faizi. Azərbaycanın İsrailə aylıq satış öhədliyi təxminən 1,6 milyon barel təşkil edir. Azərbaycan bundan artıq neft sata bilməz, çünki digər alıcı ölkələrlə də öhdəliyini yerinə yetirməlidir.
İsrailin neftə olan gündəlik tələbatı isə təxminən 220-230 min bareldir. Azərbaycan tələbatın yalnız 25 faizini ödəyir. 2022-2023-cü illərdə İsrail xam nefti ABŞ, Braziliya, Nigeriya, Anqola, Qabon, Afrika və digər Şərq ölkələrindən alıb. istinad
Əgər Ceyhan limanından İsrailə çatdırıldığı qeyd olunan "1 milyon barellik (56145 ton) neft" partiyası məlumatı doğrudursa, demək bu, oktyabr ayının satış öhdəliyi ola bilər və burada hansısa qanunsuz daşınma və qeyri-leqal tədarükdən söhbət belə gedə bilməz.
Qəzzada aparılan irimiqyaslı hərbi əməliyyatlarla bağlı İsrailə neft satışını qınamağa gəlincə isə burada da neftsatan ölkələri ittiham edəcək, yaxud qınayacaq heç bir əsas yoxdur. Beynəlxalq ticarət qaydaları, ələlxüsus da neft və qazın satışına dair əvvəlcədən razılaşdırılmış öhdəliklər müharibənin getməsindən və ya dayanmasından asılı olmayaraq satıcı ölkənin malı çatdırmasını tələb edir. Necə ki, İran Ermənistana davamlı, fasiləsiz neft-qaz satırdı, eləcə də 44 günlük müharibə dövründə də tədarükləri dayandırmamışdı. Yəni, beynəlxalq müqavilələrdə neft-qaz, enerji məhsullarının satışı, müharibənin getməsi və dayanmasından asılı olmayaraq icra edilir.
Bu gün İsrailə neft satışını qadağan edəcək hansısa beynəlxalq hüquqi akt, OPEK-in və yaxud qlobal neft tədrakçülərinin sanksiyası yoxdur. OPEK-üzvlərindən biri olan İran İsrailə neft embarqosu tətbiq etməyə çağırış etsə də kartel ölkələri (OPEK) bunu dəstəkləməyiblər. Xüsusilə də Birləşmiş Ərəb Əmirliyi İsrailə qarşı enerji layihələrinin məhdudlaşdırılmasını qətiyyətlə rədd edir. BƏƏ 2020-ci ildə Təl-Əviv ilə enerji sazişi imzalayıb və İsrailin “Eylat” limanına gündəlik 300 min barel neftin nəqlinə dair razılaşmanı icra etmək niyyətindədir. (istinad) BƏƏ-nin “Mubadala Petroleum” korporasiyası isə 2021-ci ilin aprel ayında İsrailin Tamar dəniz yatağında 22 faiz payla neft nəqlinə dair anlaşma memorandumu imzalayıb. (istinad) Yəni, zəngin neft-qaz ölkəsi olan BƏƏ İsraillə çoxmilyardlıq layihələr icra edir və bu əməkdaşlıq iqtisadi mahiyyət daşıyır, İsrail- “Həmas” qarşıdurması Təl-Əvivlə enerji sahəsində bu cür əməkdaşlığı əngəlləyə bilməz.
Bütün bu prizmalardan baxdıqda İsrail və Azərbaycan arasında neftin tədarükünə dair ilin əvvəlindən müqavilə imzalanıb və Azərbaycan öz öhdəliyini yerinə yetirməlidir. Ona görə də, İsrailə qarşı neft və digər yanacaq məhsullarının satışının qadağan olunmasına, yanacağın nəqlinə dair beynəlxalq embarqo olmadığından Azərbaycanın neft satışını dayandırması qeyri-mümkündür.

Yekunda bir məqamı qeyd edək ki, "Bloomberg"in dəqiqləşdirilməmiş bir cümləlik məlumatı indiki şəraitdə bəzi sosial media istifadəçilərinə Azərbaycana qarşı kampaniya aparılması üçün əlavə fürsət verib. Həmin paylaşımların müəlliflərinin kimliklərini izah etməyə ehtiyac görmürük.

Nəticə:

-Nüfuzlu "Bloomberg” media qurumunun “Seaviolet” xam neft daşıyan tankerin 1 milyon barel “Azeri Light” markalı Azərbaycan neftini Ceyhan terminalından İsrailin “Eylat” limanına çatdırdığı haqda xəbər tutarlı mənəbəyə istinad olunmadan hazırlanıb.

- Nüfuzlu media qurum bu məsələyə aydınlıq gətirməli və təkzib verməlidir.

- Azərbaycanın İsrailə neft satması isə 18 ildir ki mövcuddur və bu, beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikdir. Digər müsəlman ölkələri də hazırda İsraillə iqtisadi əməkdaşlıqlarını davam etdirirlər.


Oxunub: 414
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:44 | Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Bu gün, 21:15 | "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
    Bu gün, 21:14 | AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
    Bu gün, 21:12 | Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
    Bu gün, 21:10 | Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Bu gün, 21:09 | Sabah bu rayonda qaz olmayacaq
    Bu gün, 20:33 | Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
    Bu gün, 20:10 | 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
    Bu gün, 18:09 | Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
    Bu gün, 17:53 | Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
    Bu gün, 17:37 | Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
    Bu gün, 17:07 | İlham Əliyev Vladimir Putinə zəng etdi
    Bu gün, 16:19 | Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
    Bu gün, 15:19 | Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
    Bu gün, 15:17 | Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
    Bu gün, 15:01 | İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
    Bu gün, 14:39 | AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
    Bu gün, 14:16 | Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
    Bu gün, 14:14 | Kimya üzrə Nobel mükafatı onlara verildi
    Bu gün, 14:13 | "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
    Bu gün, 14:11 | Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
    Bu gün, 13:46 | “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
    Bu gün, 13:41 | Ayın 8-də də yağış yağacaq - Proqnoz
    Bu gün, 13:36 | Jurnalistlərin qurultayının vaxtı dəyişdirildi
    Bu gün, 13:31 | İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
    Bu gün, 13:27 | “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
    Bu gün, 13:25 | Mehriban Rəhimliyə hökm oxundu
    Bu gün, 13:04 | Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
    Bu gün, 13:00 | Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Bu gün, 12:55 | Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əvəz Məmmədovu ildönümündə ehtiramla anırıq
    Bu gün, 12:53 | Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
    Bu gün, 12:35 | Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
    Bu gün, 12:33 | August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
    Bu gün, 12:30 | Azərbaycanın puluna yağlanan... buğlanan ŞAMİL AYRIM... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
    Bu gün, 12:23 | Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb
    Bu gün, 12:19 | "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    Bu gün, 12:15 | Azərbaycan nefti 120 dollara ticarət olunur
    Bu gün, 12:09 | Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
    Bu gün, 12:05 | Azərbaycan vətəndaşlarının bir qrupu Rusiyadan deportasiya olunacaq
    Bu gün, 12:04 | Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq
    Bu gün, 12:02 | Bakıda dəhşət: 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü - QISQANCLIQ
    Bu gün, 12:01 | Müştərinin 10 manatına da TAMAH SALIRLAR... - AXI NİYƏ?..
    Bu gün, 11:57 | AVTOBUSDA, METRODA, XİDMƏT MƏNTƏQƏSİNDƏ... - Növbə savaşı niyə bitmir?
    Bu gün, 11:56 | ƏMƏK PENSİYASI ALA BİLMƏYƏNLƏRİN SAYI ARTIR – 180 minə yaxın vətəndaş 220 manat alır...
    Bu gün, 11:31 | QARABAĞDA BU İŞ YERLƏRİ BOŞ QALIB... - 1800 - 2100 manat maaş təklif olunur + TAM SİYAHI
    Bu gün, 10:53 | “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    Bu gün, 10:40 | Müəllimlər üçün geyim qaydaları və tələbləri müəyyən edildi - Nazirlər Kabineti təsdiqlədi
    Bu gün, 10:33 | Azərbaycan kubokunda yeni mövsümə start verilir: “Ağstafa Gəncləri” “Şəmkir”ə qarşı
    Bu gün, 10:24 | Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama
    Bu gün, 10:22 | Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.