"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar artıq yekunlaşıb. Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Günün və turun son matçında isə "Şamaxı" "Sabah"la üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 8 noyabr (bazar) 17:30.“Sabah” – “Şamaxı” - 2:2 Qol: Karlos Eduardo, 17 (1:0), Oruc Məmmədov, 27 (1:1), Coy Lens Mikels, 49 (2:1), Rəhman Daşdəmirov , 62-avtoqol (2:2) 15:00.“İmişli” – “Sumqayıt” - 0:0 Turun digər nəticələri “Qarabağ” - “Turan Tovuz” - 0:1 “Neftçi” - “Kəpəz” - 1:0 “Zirə” - “Qəbələ” - 2:1 “Şəfa” - “Araz-Naxçıvan” - 2:2 Bombardirlər: Breno Almeyda ("Neftçi") - 9 qol Coy-Lens Mikels ("Sabah") - 6 qol Aleksey Kaşuk ("Qarabağ") - 4 qol Joarlem Santos ("Turan Tovuz") - 4 qol Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR), Eyyub İbrahimov (AVAR)
“Sabah Arena”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR), Pərvin Talıbov (AVAR)
Yevlax şəhər stadionu





















