Xaçatryanla Zeynalovun çəkişməsi: Məni harada görmüsən?
Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir. Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmiş Zeynalov Məhəmməd çıxış edib. O, deyib ki, kənd bir anda yanmağa başladı: “Camaat ora-bura qaçırdı. İnsanları evdə diri-diri yandırırdılar”. Vaqif deyib ki, mənim toyumda ayrıca bir masada Meşəli kəndinin sakinləri olub: “Mən səninlə birlikdə oduna, odun kəsməyə getmişəm. Atanı, qardaşını da yaxından tanıyıram. Məni harada görmüsən? Kəndin hansı hissəsində?”
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: