Güclü stressdə olduğunuzu göstərən bədən əlamətləri
Əgər bu əlamətlər varsa, düşündüyünüzdən də artıq və güclü stress altındasınız. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər xroniki stressin psixi sağlamlıqdan əlavə, bədən sağlığını da pozduğunu bildirir. Alimlər stressin fiziki əlamətlərini açıqlayıb. - Xroniki baş ağrısı – stress baş, boyun əzələlərinin spazmını yaradır ki, bu da ağrıya səbəb olur; - Yuxusuzluq və enerjisizlik - bu daha çox işdən qaynaqlanır; - Cinsi istəyin azalması – qadınlar bundan daha çox əziyyət çəkir; - Dəri problemi – stressdə olan insan tez-tez çirkli əllərini üzünə sürtür, bu da dəri infeksiyası və sızanaqlara səbəb olur; - Mədə problemləri – stress qastrit, qəbizlik, diareya, digər həzm problemlərinə səbəb olur; - Saç tökülməsi – stressdən saçlar zərər görür.