32 yaşlı kişinin cinsi istəyi "gözündən gəldi" - Kor oldu
"Viaqra" qəbul edən kişinin gözü tutulub. Mediaxeberleri.Az xəbər verir ki, 32 yaşlı iranlı kişi "Viaqra" və digər erektil disfunksiya dərmanlarını qəbul etdikdən sonra onun bir gözü kor olub. Bu hadisə “Journal of Medical Case Reports” tibb jurnalında təsvir edilib. Tehrandakı Farabi Göz Xəstəxanasının həkimlərinin verdiyi məlumata görə, kişi sağ gözünün qəfil korlaşması şikayəti ilə onlara müraciət edib. Müayinə zamanı məlum olub ki, xəstə görmə qabiliyyətinin itirilməsindən üç saat əvvəl icazə verilən dozadan iki dəfə artıq olan 100 milliqram sildenafil qəbul edib. Əlavə müayinə zamanı məlum olub ki, kişinin gözünə qan verən mərkəzi vena və arteriya tıxanıb və bu da tor qişasının qopmasına - korluğa gətirib çıxarıb. Mütəxəssislər əlavə ediblər ki, bu, impotensiyaya qarşı dərman qəbulu nəticəsində gözlərin qan damarlarının zədələnməsi ehtimalını təsdiqləyən ilk haldır. Eyni zamanda, həkimlər bu təsirin mexanizmini anlamadıqlarını etiraf ediblər. Gözün zədəsi çox ciddi olduğu üçün həkimlər kişinin görmə qabiliyyətini bərpa edə bilməyiblər.