Müharibəyə başlasa, Polşa 3 günə yoxa çıxacaq - Patruşev
Əgər Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, ölkəmiz bütün qüvvə və arsenalını işə salacaq və Polşa dövləti iki-üç gün ərzində mövcudluğunu itirəcək. Mediaxeberleri.Az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Polşa xarici işlər naziri Radoslav Sikorskinin ölkəsinin Rusiya üzərindəki hərbi üstünlüyü ilə bağlı bəyanatına cavab olaraq deyib. “Polşa diplomatiyasının rəhbəri ölkəmizin hərbi gücünü açıq-aşkar qeyri-peşəkar şəkildə qiymətləndirir və Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat gedişində öz potensialından heç də tam şəkildə istifadə etmədiyini anlamaqdan imtina edir”, - Patruşev bildirib.
Oxunub: 16
Xəbəri paylaş
Paylaş:





















