Bakıda məşhur tikinti şirkətinin obyektində FACİƏNİN TƏFƏRRÜATI
Səbail rayonu, Badamdar qəsəbəsində "Huner Group" MMC-yə məxsus villaların tikildiyi ərazidə baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Şirkətin rəsmisi Nəsimi Paşayev Baku TV-yə açıqlamasında bildirib ki, hadisə fevralın 25-də axşam saat altı radələrində baş verib. "Sözügedən yaşayış evlərinin elektrik təchizatını həyata keçirmək üçün digər kommunikasiya xətləri ilə yanaşı, elektrik kabelləri quraşdırılmalıdır. Həmin ərazidən kənarda böyük bir elektrik barabanı var idi, o hərəkət etdiyi və əməkdaş da özünü itirdiyi üçün bədbəxt hadisə baş verib", - deyə o bildirib. N.Paşayev onu da bildirib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:






















