Salyan küçələrində acınacaqlı durum - VİDEO
Kanalizasiya xəttinin çəkilməsi üçün qazılmış yol qar yağandan sonra keçilməz vəziyyətə düşüb. Söhbət Salyan şəhərinin Mirbağır Ağazadə küçəsindən gedir. Mediaxeberleri.Az-ın "Xəzər Xəbər"-ə istinadla verdiyi məlumata görə, sakinlər iddia edirlər ki, yol kanalizasiya xətlərinin çəkilməsi üçün 2 dəfə qazılıb. Yolun bir hissəsində çirkab sularının yaratdığı gölməçələr, bir hissəsində isə toplanmış palçıq qatı həm sakinlərin, həm də məktəblilərin hərəkətini çətinləşdirir. Sakinlər deyirlər ki, sonuncu qardan sonra vəziyyət daha da pisləşib. Onların dediyinə görə, iki avtomobil yanaşı gəlsə, biri palçığa düşüb batır. İndi sakinlər xüsusilə şagirdləri məktəbə aparıb-gətirməkdə ciddi çətinliklə üzləşdiklərini bildirirlər:Sakinlər deyirlər ki, dəfələrlə yolu qazan şirkətə müraciət etsələr də, heç bir faydası olmayıb. Sakinlərin şikayətinə aydınlıq gətirmək üçün sözügedən şirkətə müraciət edilib. Sorğuya cavab verən "Nord Vest"in nümayəndəsi Elvin İbrahimov bildirib ki, son günlər havaların yağmurlu keçməsi səbəbindən işlərin yekunlaşması ləngiyir. İşlər tamamlananadan sonra qazılan yolların asfatlanmasına başlanacaq. Daha ətraflı videoda:





















