Göygöldə bağçada yanğın oldu
Göygöl şəhərində uşaq bağçasının ərazisində yanğın baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ərazidə ümumi sahəsi 20 kvadratmetr olan qazanxananın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. "Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd olunub.
Oxunub: 140
Xəbəri paylaş
Paylaş:





















