Mütəxəssislər nəzarətsiz antibiotik istifadəsinin ciddi nəticələrini vurğulayıblar.
Mediaxeberleri.Az xəbər verir ki, mütəxəssislər, antibiotiklərin yalnız həkim tövsiyəsi ilə istifadəsinin həyati əhəmiyyətini qeyd edirlər.
Antibiotiklərin lazımsız və düzgün istifadə edilməməsi bakteriyaların bu dərmanlara qarşı müqavimət göstərməsinə səbəb ola bilər. Bu, bəzi infeksiyaların müalicəsini çətinləşdirir və gələcəkdə ölümcül xəstəlikləri tamamilə sağalmaz hala gətirər.
Qızdırmanı salmaq, ağrıları aradan qaldırmaq və ya virus xəstəliklərini müalicə etmək üçün antibiotiklərdən istifadə etmək səhv addımdır. Bu dərmanlar yalnız bakteriyalara qarşı təsirlidir.
Antibiotiklər həkim tərəfindən təyin edilməlidir və effektiv müalicə üçün düzgün doza və tövsiyə olunan vaxt intervalları vacibdir.