Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu
Bakıda fəaliyyət göstərən məşhur “Residence Cinema Club”un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq. 10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır. Qeyd edək ki, “Residence Cinema Club”un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















