"AAAF Park"da binanın zirzəmisində "moyka" açılması ehtimalı sakinləri qəzəbləndirib (VİDEO)
Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Park" yaşayış kompleksində çoxmərtəbəli binanın zirzəmisində avtoyuma məntəqəsi açılır. Bu isə binada yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlər üzləşdikləri problemlə bağlı "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət ediblər. Mediaxeberleri.Az-ın məlumatına görə, sakinlər deyirlər ki, kompleksin birinci mərtəbəsinin altında yerləşən zirzəmi sahəsi sahibkar tərəfindən icarəyə götürülərək avtoyuma məntəqəsinə çevrilir. Özünü adıçəkilən obyektin sahibi kimi təqdim edən İslam Hüseynov isə sakinlərin narahatlığının əsassız olduğunu dedi. Onun sözlərinə görə, ərazidə avtoyuma məntəqəsi inşa edilməyəcək. Sakinlər əgər gələcəkdə zirzəmidə avtoyuma məntəqəsi fəaliyyət göstərərsə, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildiriblər. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: