Qaraqaşlı kəndinin sakinləri: "Qazsız evlərdə qalmışıq" - VİDEO
Neftçala rayonu, Qaraqaşlı kəndinin sakinləri uzun illərdir mavi yanacağa çıxışın olmamasından şikayətlənirlər. Sakinlərin sözlərinə görə, evlərin yaxınlığına xətt çəkilsə də, hələ də heç bir evə qaz verilməyib. "Elə bil ki, 17-ci əsrdə yaşayırıq, təzəkdən istifadə edirik. İki ilə yaxındır xətlər çəkilib, amma qaz yoxdur", - deyə sakin narazılığını ifadə edib. Neftçala Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti quruma dəfələrlə müraciət olunub. "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Qaraqaşlı kəndində daşıyıcı və paylayıcı qaz xətlərinin tikintisi işlərinin 75%-i tamamlanıb. Paylayıcı xətlərin quraşdırılması işləri cari ildə yekunlaşdırılacaq. Daha ətraflı Baku TV-nin süjetində:
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: