Salyanda ağır qəza: ölən var
Salyanda yol-nəqliyyat hadisəsi olub. Mediaxeberleri.Az xəbər verir ki, avtoqəza rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mersedes” və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb. Digər iki sərnişin - 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 77
Xəbəri paylaş
Paylaş: