Skuter qəzasında ölən qız idmançı imiş - Foto
"Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun idmançısı və sörfinq üzrə SFA köməkçi məşqçi sertifikatına sahib Ülviyyə Əhmədova vəfat edib. Mediaxeberleri.Az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azərbaycan Yelkən Federasiyasının rəsmisi Solmaz Məmmədli gənc idmançının Bakıda skuterlə hərəkətdə olarkən avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyini bildirib. Qeyd edək ki, Ülviyyə Əhmədovanın 20 yaşı var idi.
Oxunub: 435
Xəbəri paylaş
Paylaş:





















