Çayda çimmək istəyərkən qəfildən suda batdı
İsmayıllıda 26 yaşlı şəxs çayda batıb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Faiq Qurban oğlu Qurbanov çayda çimmək istəyərkən qəfildən suda batıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.
Oxunub: 435
Xəbəri paylaş
Paylaş:





















