Molla Vəli Vidadinin və ailəsinin itib-batan qəbirləri: Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi nəzarətsiz qalan abidəyə sahib çıxacaqmı?
Azərbacanin müxtəlif bölgələrində tarixi şəxsiyyətlərin, ədəbiyyat-incəsənət sahəsində iz qoyan şəxslərin qəbirləri var. Lakin onlardan bəziləri indi baxımsız haldadır, ya yerlərdəki laqeyd münasibət, ya da unutqanlıq tariximizdə iz qoyanların abidələrinin yox olmasına gətirib çıxarır. Məşhur şair Molla Vəli Vidadinin Qazaxda olan qəbri də belələrindəndir. Mediaxeberleri.Az-ın məlumatına görə, 18-ci əsr Azərbaycan ədəbiyyatının məşhur şairi Molla Vəli Vidadinin qəbri Birinci Şıxlı kəndində (Qazax rayonu) yerləşir. Onunla bərabər, Vidadinin qızı Cəvahirin və həyat yoldaşı Tükəzban xanımın məzarı da buradadır.