Hansı yeməklər böyrəkdə daş yaradır?
Hansı yeməklər böyrəkdə daş yaradır? Dietoloq hansı yeməklərin böyrəkdə daş yaranmasına səbəb olduğunu izah edib. Mediaxeberleri.Az RİAMO-ya istinadən bildirir ki, dietoloq Olqa İliçeva bu barədə danışıb. Sağlamlıq problemləri tez-tez pis qidalanma ilə əlaqələndirilir. Əgər yalnız zülallı yeməklər yeyirsinizsə, bədəniniz sidik turşusu daşları və podaqra ilə qarşılaşa bilər. Mütəxəssis izah edib ki, yağ və karbohidrat çatışmazlığı olanda orqanizm zülaldan enerji çıxarmağa başlayır. Bu, qanda yan məhsulun – ammonyakın meydana gəlməsinə səbəb olur. Bu xəstəliyin simptomları yorğunluq, letargiya, həzm problemləri və baş ağrılarıdır. “Eyni zamanda bütün ammonyak bədəndən böyrəklər tərəfindən çıxarılır. Bu da onların üzərinə yükün və sidik turşusu daşlarının və podaqra riskinin artması deməkdir”-, İliçeva əlavə edib.