Mediaxeberleri.az
    
  • Pensiya ilə bağlı mühüm xəbər
    Pensiya ilə bağlı mühüm xəbər
  • 
  • Onlayn sifariş istehsalçı tərəfindən ləğv olunduğu halda alıcıdan niyə komissiya tutulur? - AÇIQLAMA
    Onlayn sifariş istehsalçı tərəfindən ləğv olunduğu halda alıcıdan niyə komissiya tutulur? - AÇIQLAMA
  • 
  • Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? - Prezident açıqladı
    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? - Prezident açıqladı
  • 
  • Dalğalı dırnaqlar görün nəyi göstərir - Bədən həyəcan siqnalı verir
    Dalğalı dırnaqlar görün nəyi göstərir - Bədən həyəcan siqnalı verir
  • 
  • 260 milyonluq yeyinti: Vüqar Qurbanova yazığım gəlir…
    260 milyonluq yeyinti: Vüqar Qurbanova yazığım gəlir…
  • 
  • "900 MİN RÜŞVƏT TOPLAYIB TALIBOVUN GÖSTƏRİŞİ İLƏ OĞLUNA VERMİŞƏM..." - Məhkəmə
    "900 MİN RÜŞVƏT TOPLAYIB TALIBOVUN GÖSTƏRİŞİ İLƏ OĞLUNA VERMİŞƏM..." - Məhkəmə
  • 
  • Qazaxda Nəriman Həsənzadənin 95 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib
    Qazaxda Nəriman Həsənzadənin 95 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib
  • 
  • Yod əksikliyi: Bədəniniz sizə necə siqnal verir?
    Yod əksikliyi: Bədəniniz sizə necə siqnal verir?
  • 
  • Ramazan ayının ikinci gününün imsak, iftar və namaz vaxtları - VİDEO
    Ramazan ayının ikinci gününün imsak, iftar və namaz vaxtları - VİDEO
  • 
  • Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...
    Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...
  • 
  • Qazaxdan yüksələn maarifçilik missiyası zəkanın və vəfanın təsdiqidir
    Qazaxdan yüksələn maarifçilik missiyası zəkanın və vəfanın təsdiqidir
  • 
  • Milli mübarizəyə həsr olunmuş bir ömür - Nəsimi Şərəfxanlı -50
    Milli mübarizəyə həsr olunmuş bir ömür - Nəsimi Şərəfxanlı -50
  • 
  • RAMAZAN AYINI VACİB EDƏN MƏQAMLAR – “Əsas məqsəd aclıq deyil, nəfs üzərində nəzarət və...”
    RAMAZAN AYINI VACİB EDƏN MƏQAMLAR – “Əsas məqsəd aclıq deyil, nəfs üzərində nəzarət və...”
  • 
  • DTX tərəfindən saxlanılan sabiq icra başçısı ilə bağlı QƏRAR
    DTX tərəfindən saxlanılan sabiq icra başçısı ilə bağlı QƏRAR
  • 
  • Qaradağ İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin həbs müddəti uzadılıb
    Qaradağ İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin həbs müddəti uzadılıb
  • 
  • Pul tələb edən “telekanal” əməkdaşı saxlanıldı - Foto
    Pul tələb edən “telekanal” əməkdaşı saxlanıldı - Foto
  • 
  • Həkimin ölümündə şok detallar - "Şah damarını partdatdılar"
    Həkimin ölümündə şok detallar - "Şah damarını partdatdılar"
  • 
  • Sabunçuda şok qalmaqal: "Qapımızı qırıb təhqir edirlər!" - VİDEO
    Sabunçuda şok qalmaqal: "Qapımızı qırıb təhqir edirlər!" - VİDEO
  • 
  • Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi - Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi - Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib
  • 
  • Diabet və Alzheimer arasında təhlükəli əlaqə: Yeni araşdırma riskin artdığını göstərir
    Diabet və Alzheimer arasında təhlükəli əlaqə: Yeni araşdırma riskin artdığını göstərir
  • 
  • Nüsrət Kəsəmənlinin 80 illik yubileyi keçirildi
    Nüsrət Kəsəmənlinin 80 illik yubileyi keçirildi

Son xəbərlər :
  • Rəqsanənin Gəncədəki konserti LƏĞV OLUNDU
  • Ukrayna Rusiyanın iki gəmisini də vurdu - Foto
  • Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...
  • İranın hava məkanı bu tarixə kimi bağlı olacaq
  • Keçmiş deputat YAP-dan ÇIXARILIR - FOTO
  • Rəqsanənin Gəncədəki konserti LƏĞV OLUNDU
  • ABŞ-ın 5 yanacaqdolduran təyyarəsi vurulub? - Tramp
  • Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
  • Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
  • DİQQƏT! Bu iynələr xərçəng riskini artırır
  • Ölən şəxsin pensiyasını alanları hansı cəza gözləyir? - AÇIQLAMA
  • Daha bir ölkə İrana ballistik raketlərlə hücum etdi
  • Qazax İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi - Foto
  • Vəzifəyə görə vahid maaş olacaq – YENİ TƏLƏB
  • Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat
  • 21 yaşlı gənc faciəvi şəkildə öldü - Foto
  • İrana qarşı əməliyyat: ölən ABŞ hərbçilərinin sayı artdı
  • Premyer Liqada çempionluq yarışında mühüm xallar: "Sabah" və "Qarabağ" qələbə axtarışında
  • KİV: Tramp Yaxın Şərqdəki müharibəni tezliklə başa çatdırmaq niyyətində deyil
  • Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

  • Tarix: 2-07-2025, 16:47

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü və peşə bayramını müstəqil, suveren, qalib dövlətin vətəndaşı olaraq qürurla qeyd edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Daxili İşlər orqanlarının keçdiyi çətin və şərəfli xidmət yoluna baxıb qürurlanmamaq mümkün deyil.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib. 2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.

Sonra Qazax Rayon Polis Şöbəsinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək Şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə bütün şəxsi heyəti, veteran polis əməkdaşlarını, torpaqlarımızın müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb. Polis rəisi Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub, Qazax polisinin ünvanına səslənən xoş sözləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Polis rəisi polis orqanları əməkdaşlarının öz peşə bayramlarını bu il Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən elan olunmuş 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”ndə qürurla qeyd etdiklərini söyləyib. Natiq çıxışı zamanı müasir müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin bütün dövlət strukturlarının yaranmasında, formalaşmasında, təkmilləşdirilməsində misilsiz xidmətləri olduğunu qeyd edib. Azərbaycan Polisinin də bugünkü səviyyədə olmasında dahi şəxsiyyətin böyük əməyi olduğunu vurğulayıb. Ümummilli Liderin Azərbaycan Polisinə xüsusi diqqət ayıraraq onların ünvanına hər zaman yüksək fikirlər səsləndirdiyini, polis əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyini söyləyib. Ulu Öndərin səsləndirdiyi “Polis dövlətin əsas sütunlarından biridir. Polis peşəsi ağır peşədir. O bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrəka, elm, təhsil, təcrübə tələb edir. Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensialı vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onlardan biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o biri isə daxili işlər nazirliyi, polis orqanlarıdır” fikirlərini bu gün hər bir polis məkdaşının qürurla xatırladığını qeyd edib. S.Əsədov Azərbaycan Polisinin yaranmasından və ötən 107 il ərzində keçdiyi şanlı tarixi yoldan söz açıb. Polis rəisi bildirib ki, Azərbaycan polisi 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin müdafiəsində mühüm rol oynayıb. Daha sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edərək, qanunçuluğun və ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə zəngin təcrübə qazanıb. Tarixə nəzər salsaq görərik ki, dövlətçiliyin əsas sütunlarından olan Daxili İşlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Daxili İşlər orqanlarının tarixində əsaslı dönüş mərhələsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Həmin dövr polisin təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, şəxsi heyətin milli ruhda formalaşması ilə əlamətdardır. Bu istiqamətdə atılan addımların nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda düşmənin qarşısına çıxan ilk nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. İşğalçılarla döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu Şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri igidliyə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görüldü. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra polisin fəaliyyətində də yeni inkişaf dövrü başladı. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-nin Azərbaycan Polisi Günü elan edilməsi Daxili İşlər orqanlarına verilən dəyərin daha bir parlaq təzahürü oldu. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühüm qərarlar qəbul olunub. Müzəffər Ali Baş Komandanın xüsusi diqqət və qayğısının nəticəsi olaraq hazırda Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin yüksək döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə əməkdaşlığın rolunu da xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, nazirliyin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizatı yüksək səviyyəyə çatdırılıb, elektron xidmətlər, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasını, xidmətin səmərəsini və operativliyi artırıb. Ötən ilin yanvarından etibarən Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətindəki məsələlərlə bağlı rəsmi ərizə, şikayət, təklif və ya sorğunu “E-Polis” mobil tətbiqi vasitəsilə onlayn göndərmək mümkündür. Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə imkan yaradır. Daxili İşlər orqanları hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur. Polis rəisi bildirib ki, 2020-ci ilin 27 sentyabında başlayan və cəmi 44 gün başa çatan Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə polis orqanları əməkdaşlarının və hərbi qulluqçularının da müstəsna xidmətlərini unutmaq olmaz. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Torpaqlarımızın düşmən tapdağından xilas edilməsi uğrunda savaşda Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Ərazi bütövlüyümüzün bərpası naminə qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfəri Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Ümumiyyətlə, istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı mətinliklə döyüşüblər. Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların 2023-cü il sentyabrın 19-da partlaması nəticəsində daha 6 nəfər, o cümlədən polis əməkdaşlarımız həlak olub. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində polis əməkdaşları yüksək peşəkarlıq göstəriblər. Antiterror əməliyyatı zamanı DİN-in 20 əməkdaşı Şəhidlik zirvəsinə yüksəlib.

Polis rəisi Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn Daxili İşlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar. Azərbaycan polisi mütəşəkkil cinayətkar qruplaşmalara, narkotiklərin qanunsuz dövriyyəsinə, eləcə də dövlətin konstitusion quruluşuna qarşı çıxanlarla qətiyyətlə mübarizə aparır. DİN əməkdaşları işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi məqsədilə xidməti vəzifələrini layiqincə həyata keçirirlər. Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Qarabağda və Şərqi Zəngəzurda qarşıya qoyulan tapşırıqlar böyük əzmlə icra olunur. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən Daxili İşlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Hazırda cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları işinin daha da gücləndirilməsi üçün əməliyyat-texniki tədbirlərin dairəsi genişləndirilir. Polis rəisi qeyd edib ki, statistika göstərir ki, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra MDB və aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını üstələyir. İctimai qaydanın qorunmasında və təhlükəsizliyin təmin edilməsində qazanılan müsbət nəticələrin davamı kimi, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini təsdiqləyib. Bakının COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibi seçilməsi bunun bariz ifadəsidir. Azərbaycan polisinin keçdiyi tarixi yol bir daha təsdiqləyir ki, öz andına həmişə sadiq olan Daxili İşlər orqanlarının əməkdaşları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarıqlarını əsirgəməyəcəklər. Qeyd edib ki, 1918-ci il iyulun 2-də asayişin mühafizə dəstələri ilə fəaliyyətə başlayan polis orqanları ötən müddətdə şərəfli bir xidmət yolu keçərək böyük təcrübə qazanmış, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır. Yarandığı gündən şərəfli bir xidmət yolu keçən Azərbaycan Polisi bütün dövrlərdə cinayətkarlıqla mübarizənin, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinin ön sıralarında olmuş, respublikanın ərazi bütövlüyü uğurunda döyüşlərdə mərdlik, cəsarət və qəhrəmanlıq göstərmişdir. Fəxr edirik ki, ölkədə ictimai təhlükəsizliyi, əhalinin dincliyini, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin, həmçinin, məsul vəzifələri yerinə yetirən Azərbaycan Polisi və onun tərkib hissəsi olan Qazax Rayon Polis Şöbəsi bu tarixi günü qanuna, xalqa, dövlətə, ölkə başçısına sədaqətli xidməti ilə qarşılayır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yeni, demokratik Azərbaycanın qurulmasına yönəlmiş strateji kursunu müvəffəqiyyətlə inkişaf etdirən Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin böyük diqqət və qayğısı daxili işlər orqanlarında, o cümlədən Qazax RPŞ-də fəaliyyətin canlanması üçün mühüm stimul olmuş, professionallığın yüksəlməsində və qanunçuluğun möhkəmlənməsində əvəzsiz rol oynamışdır. S.Əsədov Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarından Birinci Qarabağ müharibəsində 8 nəfərin Şəhidlik zirvəsinə ucaldığını vurğulayıb. Həmin şəhidlərimizdən 2 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü söyləyib. Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yazdılar. Qazax rayonundan iki nəfərin - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət etmiş, Vətən müharibəsi şəhidi Abdullayev Sərxan Elxan oğlunun və DİN-nin DQ-nın "N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun Şəhidlik zirvəsinə ucaldıqlarını söyləyib. Qazax rayonundan Bala Çaylı kəndinin igid oğlu polkovnik-leytenant Nicad Bədəlovun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü bildirib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən polis rəisi həmin qayğının hər bir polis əməkdaşına nümunə olduğunu söyləyib. Həmin qayğını əldə rəhbər tutaraq gənc nəsli narkomaniya adlı bəladan qorumaq üçün rayonun ümumtəhsil məktəblərində maarifləndirici görüşlərin keçirildiyini bildirib. Polis rəisi S.Əsədov Azərbaycan dövlətinə xidmətə görə hər bir polis əməkdaşına təşəkkür edib. Önəmli fəaliyyəti, dövlətə, dövlətçiliyə və anda sadiqliyi hər zaman yüksək dəyərləndirən Qazax RPŞ-nin əməkdaşlarının hörmətli Nazir general-polkovnik Vilayət Eyvazovun qarşılarına qoyduğu tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəklərinə, hüquq qaydalarının və daxili sabitliyin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqlarına, Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcəklərinə əminliyini vurğulayıb. S.Əsəsdov sonda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunmasını polis işçilərinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək polis əməkdaşlarını salamlayıb, səmimi ürək sözlərini çatdıraraq 107 illik tarixi bir yol qət edən Azərbaycan Polisi əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini təbrik edib. Azərbaycan Polisinin ölkəmizdə ictimai sabitliyin təmin olunmasındakı rolundan danışan icra başçısı bildirib ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin tarixi təcrübəsi olan Azərbaycan Polisi öz peşə bayramını da məhz Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan Polisinə verilən bu önəmin səbəbi isə ondan qaynaqlanır ki, Ulu Öndər ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Ümummilli Lider Heydər Əliyevin “Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır!” dəyərli sözlərini dilə gətirən icra başçısı qeyd edib ki, Azərbaycan Polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib. İcra başçısı bildirib ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan Polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı. Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: "Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”. Cənab Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər”. İcra başçısı bildirib ki, 107 illik tarixə malik Azərbaycan Polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu gün asayişin qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir. Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir. Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan Polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizdə müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Bununla yanaşı, daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası daha da möhkəmləndirilib. Son  illərdə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı mübarizədə uğurlu nəticələrə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Rayon rəhbəri qeyd edib ki, bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. 44 günlük Vətən müharibəsində istər ictimai asayişin qorunmasında, istər vətəndaşların təhlükəsizliyinin təmin edilməsində polis əməkdaşlarının gördükləri işlər minnətdarlıqla qarşılanmalıdır. Rayon rəhbəri bildirib ki, Ulu Öndərin hüquq-mühafizə orqanları ilə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının polis əməkdaşlarının əməyini yüksək qiymətləndirərək hər zaman orden və medallarla, xüsusi rütbələrlə mükafatlandırması onlara olan qayğının əyani göstəricisidir. İcra başçısı sonda bir daha bütün polis əməkdaşlarının, eləcə də Qazax polislərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu ətrafında sıx birləşərək Vətənə və xalqa şərəflə, ləyaqətlə xidmət göstərdiklərini qeyd edib. Çətin, çətin olduğu qədər də şərəfli olan işlərində, peşələrində onlara uğurlar arzulayıb.

Tədbir iştirak edən hüquq-mühafizə orqanlarınn rəhbərləri, təqaüddə olan veteran polis İlham Hüseynli çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildiriblər. Ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. 107 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd ediblər. Qazaxda bütün hüquq-mühafizə orqanları əməkdaşlarının öz işlərini qarşılıqlı əməkdaşlıq şəraitində qurduqlarını bildirərək vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra böyük səylə çalışacaqlarını vurğulayıblar.

Daha sonra Azərbaycan Respublikası Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Qazax RPŞ-nin əməkdaşları xidmətdə əldə etdikləri yüksək nəticələrə, xidməti vəzifələrini nümunəvi və layiqincə yerinə yetirdiklərinə, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işində fərqləndiklərinə görə bir qrup polis əməkdaşı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Polis Şöbəsinin Əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Hüseynov Musa Yusif oğluna, İctimai təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı Əsgərov Fuad Ramiz oğluna, Qazax RPŞ-nin Dövlət yol polisi bölməsinin rəisi, polis mayoru Baxışov Rəşad Soltan oğluna, Uçot - qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru, polis baş serjantı Xudiyev Amil Arif oğluna, Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun operatoru, polis baş serjantı Məmmədov Məhəmməd Mehman oğluna, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru, polis baş serjantı Məmmədov Həmid İnayət oğlu oğluna, İctimai təhlükəsizlik bölməsi sahəsinin polis nəfəri, polis serjantı Bayramov Rəvan Həsən oğluna, Budaqov Asiman Amil oğluna, post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Qəribov Hafiz Sahib oğluna səmimi təbriklərini çatdıraraq Fəxri Fərmanları təqdim edib.

Tədbirdə həmçinin, veteran polis işçiləri də hədiyyələrlə mükafatlandırılıblar.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov sonda bir daha bütün polis əməkdaşlarına səmimi arzularını çatdırıb, təbrikə gələn rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını bildirib.


Oxunub: 1 180
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:36 | Rəqsanənin Gəncədəki konserti LƏĞV OLUNDU
    Dünən, 20:35 | Ukrayna Rusiyanın iki gəmisini də vurdu - Foto
    Dünən, 19:40 | Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...
    Dünən, 19:38 | İranın hava məkanı bu tarixə kimi bağlı olacaq
    Dünən, 19:13 | Keçmiş deputat YAP-dan ÇIXARILIR - FOTO
    Dünən, 19:11 | Rəqsanənin Gəncədəki konserti LƏĞV OLUNDU
    Dünən, 19:09 | ABŞ-ın 5 yanacaqdolduran təyyarəsi vurulub? - Tramp
    Dünən, 15:21 | Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
    Dünən, 15:15 | Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
    Dünən, 15:11 | DİQQƏT! Bu iynələr xərçəng riskini artırır
    Dünən, 14:55 | Ölən şəxsin pensiyasını alanları hansı cəza gözləyir? - AÇIQLAMA
    Dünən, 14:51 | Daha bir ölkə İrana ballistik raketlərlə hücum etdi
    Dünən, 14:47 | Qazax İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi - Foto
    Dünən, 11:37 | Vəzifəyə görə vahid maaş olacaq – YENİ TƏLƏB
    Dünən, 11:35 | Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat
    Dünən, 11:33 | 21 yaşlı gənc faciəvi şəkildə öldü - Foto
    Dünən, 11:30 | İrana qarşı əməliyyat: ölən ABŞ hərbçilərinin sayı artdı
    Dünən, 10:03 | Premyer Liqada çempionluq yarışında mühüm xallar: "Sabah" və "Qarabağ" qələbə axtarışında
    Dünən, 09:53 | KİV: Tramp Yaxın Şərqdəki müharibəni tezliklə başa çatdırmaq niyyətində deyil
    Dünən, 09:13 | Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
    Dünən, 09:11 | "Hər piyadaya görə maşın saxlamaq vaxt alır, 7-8 nəfər toplaşsın..." - Deputatdan qeyri-adi təklif
    Dünən, 09:09 | İRANIN “DƏLI” ADLANDIRILAN XÜSUSİ ƏMƏLİYYAT PLANI VƏ ... – Rejim niyə yıxılmadı və ABŞ-ni uğursuzluq gözləyirmi?
    Dünən, 09:07 | AZƏRBAYCANDA YENİ CƏRİMƏLƏR DALĞASI GƏLİR! – “Dilənçilik edən şəxs cəriməni hansı vəsait hesabına ödəyəcək?...”
    Dünən, 09:02 | Bakı və paytaxtətrafı avtobuslarda yeni qiymətlər müəyyənləşib - CƏDVƏL
    Dünən, 08:59 | Əmircanlı ağsaqqal: "Yaşlı adamın eşqi daha dərin olur" - VİDEO
    Dünən, 08:57 | İlber Ortaylının dəfn olunacağı tarix açıqlandı
    Dünən, 08:45 | Xəzər dənizi sahilində quşların kütləvi ölümü: Yeni epidemiya, yoxsa qida çatışmazlığı? - VİDEO
    Dünən, 08:43 | Qərbi Azərbaycan Xronikası: "Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib" - VİDEO
    Dünən, 08:41 | Gözlərdə bulanıqlaşma hansı xəstəliklərdən xəbər verir?
    13-03-2026, 15:08 | “Çoxuşaqlı ailə” anlayışı 5-dən 3-ə endirilsin - TƏKLİF
    13-03-2026, 15:04 | "Haber Global" XIII Qlobal Bakı Forumunun ikinci günündən süjet hazırladı - VİDEO
    13-03-2026, 14:59 | Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb
    13-03-2026, 14:56 | Başçının sakinlərlə görüşündə insident: bir nəfər həbs edildi
    13-03-2026, 14:50 | Saleh Məmmədovun ətrafında qalmaqal bitmir
    13-03-2026, 14:45 | "Hacıya halaldır, 14 ildir Şəbnəmlə ayıra bilmədiniz"
    13-03-2026, 14:43 | Azərbaycanda 50 min müəllim işsiz qala bilər — Əli Əhmədov
    13-03-2026, 14:40 | Pakistan və Çindən Əfqanıstan məsələsində ortaq mövqe: İslamabad təhlükəsizlik zəmanətləri tələb edir
    13-03-2026, 14:37 | İlqar Hacıyevin Bakıdakı milyonluq əmlakları müsadirə edildi - SİYAHI
    13-03-2026, 14:28 | ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb: Ölənlər var
    13-03-2026, 10:30 | Dua edərkən bu səhvləri ETMƏYİN
    13-03-2026, 10:22 | Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR - 44 nəfər işdən çıxarıldı
    13-03-2026, 10:06 | Şamama Əmirova və Aysel Səfixanovaya vəzifə verildi
    13-03-2026, 09:53 | Azərbaycan neftinin qiyməti 105 dolları keçdi
    13-03-2026, 09:50 | "Araz-Naxçıvan" "Karvan-Yevlax"a, "Sumqayıt" "Şamaxı"ya qarşı
    13-03-2026, 09:48 | Tramp İranla bağlı vəziyyətin çox sürətlə inkişaf etdiyini deyib - "Hər şey çox yaxşı gedir"
    13-03-2026, 09:46 | İkinci uşağı da eyni arxa düşərək dünyasını dəyişdi - VİDEO
    13-03-2026, 09:44 | İnsanların sağlamlığı təhlükəyə atılır? - "Hər şey pul tələsidir" - VİDEO
    13-03-2026, 09:38 | Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edib
    13-03-2026, 09:25 | XIII Qlobal Bakı Forumunun ikinci günü işinə başlayır
    12-03-2026, 22:30 | PENSİYA İLƏ AÇILAN BAYRAM SÜFRƏSİ VƏ SONRASI... - Ölkədə nə qədər vətəndaşın əsas gəliri sosial ödənişlərdir?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.